06.02.2019

Adolf Hitlerin işğal olunmuş ərazilərlə bağlı direktivi:
“Yerli əhali ilk növbədə bizim iqtisadi maraqlarımıza xidmət etməlidir. Digər xalqlar bizə xidmət göstərmək üçün yaranmışlar. Bizim adamlar ən yaxşı binalarda və saraylarda yaşayacaqlar. Yerlilərin ən yaxşı torpaqlarını əllərindən alacayıq. Özləri qoy bataqlıqda eşələnsinlər. Maksimum dərəcədə məhdudiyyətlər qoymaq lazımdır. Qəzet və kitab nəşri dayandırılmalıdır. Ən adi radioverilişlər olmalıdır. Yerli əhalini düşünməkdən məhrum etməliyik. Məktəb təhsilini məhv etməliyik. Başa düşmək lazımdır ki, onların savadlı olmasından bizə yalnız ziyan gələ bilər. Yoxsa bir-iki düşüncəli insan tapılar ki, tarixi araşdırmağa yol taparlar, siyasi nəticələrə gələrlər və bizə qarşı çıxarlar. Odur ki, işğal olunmuş ərazilərdə tarixi mövzularda verilişlərin təşkilini ağlınıza da gətirməyin və əsasən əyləncə verilişlərini gücləndirin. Onlar yalnız bizim xəbərləri eşitməlidirlər və əylənməlidirlər. Bəli, onları əyləndirmək, siyasi, elmi biliklər alma cəhdlərindən fikirlərini yayındırmaq lazımdır. Radiodan daim ritmik və şən musiqi səslənməlidir. Bu cür musiqi gümrahlandırır və iş qabiliyyətini artırır”.

Комментариев нет:

Отправить комментарий