10.02.2019

Alman əsgərləri 1942-ci ilin payızında Ukraynanın Çerniqov vilayətinin bir neçə kəndini yandıraraq həmin kəndlərin bütün əhalisini qırdılar. 1942-ci ilin dekabrında İlinçı kəndinin 300 sakinini bir evin içinə yığıb od vurdular. Rivne vilayətinin Borşovka, Malinə və digər kəndlərində minlərə adamı evlərə və saraylara yığaraq yandırdılar. Jitomir vilayətində 11 kəndi yandırdılar, qaçmağa macal tapmayan sakinləri öldürdülər.1943-cü ilin 3 martında Xmelniki kəndinin 1300 sakinini, 2 aprelində isə Ternovka kəndinin 2400 sakinini qırdılar. Partizanları dəstəkdən mərhum etmək məqsədilə böyük əraziləri beləcə boşaltdılar. 1943-cü ilin yayında partizanlara qarşı keçirilən cəza əməliyyatları çərçivəsində Ukrayna və Belorusiyanın 80 kənd və xutoru yandırıldı, minlərlə kəndli öldürüldü. Müharibə dövründə Ukraynanın 250 yaşayış məntəqəsi yerli-yeksan edildi, saysız-hesabsız günahsız insan həyatını itirdi.

Комментариев нет:

Отправить комментарий