04.02.2019

 Dünyanın antisemit təşkilatlarının əksəriyyətinin rəhbərləri yəhudilər və ya kriptoyəhudilərdir. Beləliklə, antisemitizmin kökünü və bir anlayış kimi yaranmasını araşdırdıqda görürük ki, əsl antisemitzm elə sionizmə bağlıdır. Bəzən sionistlər qeyri-yəhudi xalqları rasizmdə günahlandırırlar, amma İsrail dünyada ən rasist dövlətdir. Əsl antisemistlər elə sionistlərin özləridir, belə ki sionistləşmiş yəhudilərin öz əmiləri oğlu, onlarla eyni qövmdən olan ərəbləri görməyə gözləri yoxdur. Ərəblər isə bildiyimiz kimi, semit xalqların 90 faizini təşkil edirlər.
 Paradoks həm də ondan ibarətdir ki, Qərb dövlətlərinin qəbul etdiyi antisemitizm maddəsi beduinləri, druzları, fələstinliləri yox, ancaq və ancaq “seçilmiş” semitləri- yəhudiləri əhatə edir. Bu maddə ancaq yəhudiləri təhqir edənlərə tətbiq olunur. Ərəb təhqir olunubsa, bu antisemitizm sayılmır. Ad semitlərin olsa də bu maddədən ancaq “seçilmişlər” yararlana bilirlər.
 Tatyana Qraçeva yazır: “Antisemitizm termini Bnay-Brit mason lojasına məxsus Antidiffamasion Liqa tərəfindən ortaya atılmışdır və yəhudiləri diskriminasiyadan qorumaq yox, sionizmin cinayətlərini gizlətmək məqsədi güdür. Əsl cinayətləri sionistlər öz xalqlarına qarşı törətmişlər. Əgər kimsə bu cinayətləri və onların sionizmlə əlaqəsini açıqlayırsa, sionistlər həmin adamı antisemitizmdə günahlandırırlar. Bu məsələdə sionizmin daha bir antisistem mahiyyəti üzə çıxır; Lev Qumilyovun dediyi kimi, antisistem üçün fəaliyyətin gizliliyi və yalan kimi mübarizə üsulu xarakterikdir”.

Комментариев нет:

Отправить комментарий