Araşdırmalar göstərir ki, hitlerçilər yəhudi əsirlərinə yox, məhz rus əsirlərinə qarşı amansız olmuşlar. Stalinqrad döyüşlərində Vermaxtın 6-cı ordusu məhv edildikdən sonra Hitler matəm elan etdi, həmin gün Odessada bir qrup alman zabiti hərbi əsirlərin saxlandığı həbsxanaya doluşdular və silahlardan atəş açaraq 78 əsiri öldürdülər. Mariupolda hitlerçilər yaralı və xəstə Sovet əsgərləri ilə dolu 18 vaqonu mismarlayaraq kip bağladılar, sakit bir yerə gətirərək o qədər saxladılar ki, içindəkilər hamısı zarıyaraq qırıldı. 1941-ci ildə əsir düşmüş Sovet əsgərlərinin çoxu acından öldürülmüşdü.

Комментариев нет:
Отправить комментарий