10.02.2019

Belorusiyada 1941-ci ilin 19 iyulundan 31 avqustuna kimi keçirilən “Pripyat bataqlığı” əməliyyatı zamanı hitlerçilər 15 minə yaxın adamı məhv etdilər. Xotıniçi kəndində 73, Bolşaya Qat kəndində 123, Svyataya Volya kəndində 436, Radetsk kəndində 13, Çadel kəndində 38, Ozeranı kəndində 30, Zapesoçye kəndində 300, Poqost kəndində 69, Ridça kəndində 26, Strojovtsı kəndində 30, Çerniçi kəndində 40 adamı öldürdülər, bu kənddəki evləri və tikililəri yandırdılar. Himmler vurduğu teleqramda əməliyyatın nəticələrinin onu qane etmədiyini bildirirdi; reyxsfürer radikal addımlar atmağı və daha çox adamı qırmağı tələb edirdi.

Комментариев нет:

Отправить комментарий