10.02.2019

Jortayka kənd sakinləri almanların rəhminə ümid edərək onları duz-çörəklə qarşılasalar da, onlar kəndi tam yandırdılar, əhalisini isə qırdılar. İki qadını ağaca bağlayıb üstlərinə nöyüt tökərək od vurdular. Pustaya kəndini də yandıraraq sakinlərini bir yerə yığıb güllələdilər. Kəndin bir qrup sakinini qazılmış çuxura doldurub yerə uzanmalarını əmr etdilər və güllələdilər. Sonra digər qrupu gətirib onların meyitləri üzərinə uzatdılar və güllələdilər. Təkcə bir çalada 460 adamın meyidi üst-üstə qalaqlandı. Bojadarı, Postrejye, Domjeritsı, Dubovıy Loq, Qlinişe, Lyutes, Kletnoe, Palik, Qlıboçitsu, Xonovo kəndləri də eyni qayda ilə məhv edildi.

Комментариев нет:

Отправить комментарий