10.02.2019

Kerç şəhəri əhalisinə də amansız divan tutdular. Ailələri maşınlara doldurub Baqerovo kəndi yaxınlığındakı dərəyə apardılar və burda güllələdilər. 1 kilometr uzunu, 4 metr eni, 2 metr dərinliyi olan dərə qadın, uşaq, qoca və yeniyetmə cəsədləri ilə dolmuşdu. Dərənin ətrafında qan gölməçəsi yaranmışdı, bu gölməçəyə uşaq papaqları, oyuncaqlar, lentlər, qırılmış düymələr, əlcəklər, soskası ilə birgə butulkalar, botinkalar, qaloşlar, qırılmış insan qolları və qıçları, tikə-tikə olmuş bədən hissələri, beyin mayesi tökülüb qalmışdı. Faşist cəlladları müdafiəsiz insanları partlayıcı güllələrlə güllələmişdilər. Sovet ordusu 1942-ci ilin yanvarında Kerçə qayıdanda Baqerovo dərəsində 7 min insan meyidi vardı.

Комментариев нет:

Отправить комментарий