05.02.2019

“Simon Vizental Mərkəzi”ndən olan qisasçı yəhudi xəfiyyələri dünyanın hər yerindən qocalıb əldən düşmüş nasistləri tapıb məhkəmə kürsüsünə gətirdikləri və cəzalanmasını tələb etdikləri halda, nədənsə söhbət nasistlərlə əlbir işləmiş yəhudilərdən gedəndə ağızlarına su alıb otururlar. Hitlerə canla-başla xidmət edən yəhudilərin çox hissəsi müharibədən sonra İsrailə köçdü, burada mühüm dövlət vəzifələrinə oturdu. Yəhudi xalqının başına min bir müsibət gətirmiş, ona cəhənnəm yaşatmış bu adamların çoxu hətta özünü Xolokost qurbanı kimi təqdim etdi və Almaniyadan təzminat almağa başladı. İsrail dərslikləri indi də bu satqanları günahsız qurban və hətta milli qəhrəman qismində tanıtmaqdadır. Publisist Valeri Gerasimov bu barədə belə deyir: “Eks-arilər indi özlərini hamılıqla yəhudi elan ediblər, özlərinin də iştirakçısı olduqları Xolokost qurbanlarına yas saxlayırlar. Onlar füreri söyürlər. Kompensasiya da alırlar. Cəlladlar özlərini iztirablı vəziyyətin qurbanları elan ediblər. Bircə rus xalqı qurban hesab oluna bilmir. Bizə heç kimin borcu yoxmuş”.

Комментариев нет:

Отправить комментарий