05.02.2019

Yaratdıqları dövlət ərazisinə yəhudilərin köçməkdən imtina etməsini görən sionistlər antisemitizmdən silah kimi yararlandılar. Onlar Avropa ölkələrdən yəhudilərin qovulması üçün böyük plan cızdılar və Hitleri hakimiyyətə oturtmaq üçün maliyyələşdirdilər. Həmin dövrdə Avropada yaranmış antisemit əhval-ruhiyyəyə görə yəhudilər onsuz da köçməyə başlamışdılar, lakin onlar Fələstinə yox, başqa yerlərə köçürdülər. Həyatı şəraiti çətin olan Fələstin onları maraqlandırmırdı. Elə indinin özündə də təkcə Nyu-Yorkda yaşayan yəhudilərin sayı İsraildə yaşayan yəhudilərin sayından çoxdur. Faktiki olaraq sionistlər yəhudilərin hər yerdə təqib olunmasını təşkil etmişdilər, amma onlar öz “tarixi vətənlərinə” yox, bərəkətli və münbit ölkələrə qaçırdılar. Məhz belə bir çıxılmaz vəziyyətdə Hitler faşizmi sionistlərin işinə yarıdı. Antisemitizmi dövlət səviyyəsinə qaldıran Hitler yəhudiləri gəmilərə doldurub birbaşa Fələstinə yolladı. Hitlerin yəhudilərə qarşı yaratdığı məhdudiyyətlər və təzyiqlər məhz onların Fələstinə köçürülməsi üçün lazım idi. Hitler sadəcə sionistlərin sifarişini yerinə yetirirdi. Sionistlər Hitlerə hərtərəfli dəstək verdilər, beynəlxalq yəhudi maliyyəçilərinin onunla fəal təmasını yaratdılar. Nasist hökuməti beynəlxalq sionizm vasitəsilə yəhudi maliyyə akulalarından güclü dəstək almağa başladı. Sionist və nasistlərin üzdə görünməyən sıx birliyi yarandı. Hər iki qrupun məqsədi mononasional dövlət qurmaq idi: nasistlər- almanlar üçün, sionistlər- yəhudilər üçün. Bu dövlətlər ayrı-ayrı qitələrdə qurulduğundan bir-birinə mane olmurdular, odur ki narahatlıq üçün heç bir əsas yox idi.

Комментариев нет:

Отправить комментарий