Görüşdə bildirilmişdir ki, Azərbaycanın birinci xanımı ilə görüşmək fikri səfirlərin xanımlarından ibarət qrupun toplantılarından birində səslənmişdir. Qrupun fəaliyyətində xeyriyyəçilik işləri əsas yer tutur və bu məqsədlə də xanımlar Mehriban xanım Əliyevanın rəhbərliyi ilə Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum uşaqların həyat səviyyəsinin yaxşılaşdırılması istiqamətində apardığı fəaliyyətlə yaxından tanış olmaq istədiklərini bildirmişlər. Qrup üzvləri Fondun genişmiqyaslı xeyriyyəçilik fəaliyyəti barədə məlumatlı olduqlarını, lakin aparılan işlər barədə daha çox öyrənmək niyyətində olduqlarını diqqətə çatdırmışlar.
Səmimi söhbət çay süfrəsi arxasında davam edib.
AzərTac
Комментариев нет:
Отправить комментарий