17.07.2011

Arxadan vurulan zərbə - 1977

 Azərbaycan filmləri 

Məzmun

Film Əhməd Qəmərlinin (Həsən Məmmədov) müəmmalı şəraitdə qətlə yetirilməsi haqqındadır. Respublika cinayət axtarışı müstəntiqi Gündüz Kərimbəyli (Şahmar Ələkbərov) uzun axtarışlardan sonra cinayətkarı tapmağa müvəffəq olur.
Müəlliflər burada insan iradəsinin yenilməzliyindən, Vətən məhəbbətinin hər şeydən üstün olmasından söhbət açmışlar.


Arxadan vurulan zərbə - 1977
Film haqqında

Film SSRİ Dövlət Təhlükəsizliyi orqanlarının 60 illiyinə həsr olunub.
Film ali kateqoriyaya layiq görülüb.
Film Elçinin “Ox kimi bıçaq” povesti əsasında çəkilib.
… Hər filmdə olduğu kimi “Arxadan vurulan zərbə”də də çətin anlar, çətin dəqiqələr olurdu. Hətta həmin çətinliklər son məqamda faciə ilə də nəticələnə bilərdi. Belə bir faciəli anı Rafiq Əzimov da yaşayıb. “Bıçaq atılan kadrda faciəli bir variant əmələ gəlmişdi. Belə ki, həmin kadrda mənim arxamca atılan bıçağı mən görmürdüm. Sadəcə olaraq bıçaq arxadan atılan zaman rejissor mənə “əyil” komandası verirdi və mən də tez əyilirdim. Filmdə bıçağı sərrastcasına atan sirk artisti idi. Və çəkiliş vaxtı birinci komanda bıçağı atan sirk artistinə verilirdi, ikinci, “əyil” komandası isə mənə verilirdi. Həmin kadr iki dubl çəkildi. Üçüncü dublun daha da effektli alınması üçün rejissor mənə “əyil” komandasını bir az gec verdi. Və rejissorun gec “əyil"”komandası verməsi az qala bıçağın mənim düz başımdan sancılmasına səbəb olacaqdı. Təsəvvür edin ki, mən düz yolumla gedirəm və baş verəcəklərdən də heç bir xəbərim yoxdur. Ona görə ki, mənə arxaya baxmağa icazə verilmirdi. Elə həmin kadrda yaradacı heyətin həyəcanla ayağa qalxaraq mənə vahimə ilə baxmasının şahidi oldum, onda başa düşdüm ki, nələr baş verib. Xoşbəxtlikdən heç bir zədə almadım. Sən demə bıçaq düz saçımın üstündən keçibmiş. Sonra yaradıcı heyət məni əhatəyə alaraq diqqətlə başımı yoxladılar ki, görsünlər, zədə almışam, yoxsa, yox”…. (“Arxadan vurulan zərbə: Rasim Balayevi ad günündə “öldürdülər”, Ekspress qəzeti, 31.07.03, Ulduzə Qaraqızı).

Arxadan vurulan zərbə - 1977

Ssenari müəllifi: Elçin
Rejissor: Arif Babayev
Operator: Valeri Kərimov
Rəssam: Elbəy Rzaquliyev
Bəstəkar: Xəyyam Mirzəzadə
Səs operatoru: Əsəd Əsədov
Montaj edən: Nelli Mahmudova
Rollarda: Şahmar Ələkbərov- Gündüz

Adil İsgəndərov- Dadaşlı

Yusif Vəliyev- Fəttah

Hamlet Xanızadə- İmaş

Amaliya Pənahova- Ziba

Akif Məhərrəmov- Fazil

Rasim Balayev- Cəbi
Filmi səsləndirənlər: Səməndər Rzayev-Dadaşlı (Adil İsgəndərov) (titrlərdə yoxdur)

Sadıq Hüseynov-Hüseynov (Rafiq Əzimov) (titrlərdə yoxdur)

Əminə Yusifqızı-Safura (Dinarə Yusifova) (titrlərdə yoxdur)

Ağaxan Salmanov-Kazımov (Nicat Bəkirzadə) (titrlərdə yoxdur)

Elxan Ağahüseynoğlu-Qurd Cəbrayıl (Yusif Vəliyev) (titrlərdə yoxdur)
Janr: Dram

Detektiv
Dil: Azərbaycan dili
Ölkə: Azərbaycan
İstehsalçı qurum: "Azərbaycanfilm" Kinostudiyası
Filmin növü: Tammetrajlı Bədii Film
Rəng: Rəngli(ağ-qara kadrlarla)
Vaxt: 78 dəq.
İl: 1977
Film çəkilən yerlər: Şəki(Cəbinin köhnə dəyirmanda bıçaqlanması səhnəsi)

Zaqatala(bıçaqlanma səhnəsi)

Mingəçevir

Xaçmaz(bıçaqlanma səhnəsi)

Abşeron, Pirəküşkül (çekistlərin cavanlıq illəri)

Bakı, Kinostudiyanın pavilyonu(dəyirmanın iç görünüşü)



http://maqazin.com/

Комментариев нет:

Отправить комментарий