Страницы

29.02.2012

Palçıqlı yol


Fəridə Babayeva

Bu hadisə baş verən zaman mənim 11-12 yaşım olardı.Yay fəslinin ortaları idi.Mən öz ailəmlə birlikdə nənəmgilə, yəni Əli-Bayramlı şəhərinə istirahətə getmişdim.Orada xeyli qaldıq. Yayın gəlişi ilə bura o qədər gözəl olmuşdu ki, insan getmək istəmirdi. Yaşıllıq hər tərəfi bürümüşdü. Ağaclar bar vermişdi. Sanki füsunkar təbiət öz yaraşığını biz insanlara göstərmək istəyirdi. Həqiqətən o qədər heyranedici idi ki, təbiət bacarıqlı bir rəssamın illər boyu əlləşib- vuruşub, böyük bir əzmlə çəkdiyi sehirli bir rəsm əsərinə bənzəyirdi. 

Həyat mənasızmı?


Rövşən Yerfi

Tanrım dünyada heç nəyi təsadüfi və ya əbəs yerə yaratmayıb. Gördüyümüz və görə bilmədiyimiz hər şeyi, canlı-cansız bütün varlıqları zərurətdən yaradıb. Sadəcə olanları dərk etməyə çox vaxt  zəkamız çatmır. Ona görə də anlaya bilməməyimizdən bəzən həyatı mənasız hesab edirik. Dərk etmək üçün aləmi öyrənməyə cəhd edəndə isə Tanrı qüdrəti qarşısında  cılızlığımızı görüb sustalırıq. Bəlkə də, bu səbəbdən Tanrı alimin mürəkkəbini şəhid qanı ilə bir tutur...   

Daxili ziddiyyət… Gerçəklərim…

Ceyhun Qurbanov
Ceyhun Qurbanov

Eyy, tənha oğlan, bir bura bax… Hə, hə… Səninləyəm. Qulaq as, gör nə deyirəm… Bəsdir daha maskalandın, nəyisə qəbul etməyinin vaxtı gəlib artıq. Üzülmə, həyatda hər kəsə bir rol verilir, hər obraz kimsə tərəfindən mütləq oynanmalıdır. Rolundan nə qədər yayınmağa çalışsan da xeyri yoxdur. Soruşursan bunu haradan bilirəm? Hahah, bunu mən necə bilməyim ki, mən artıq tənhalıq rolunun mahir və uzunmüddətli ifaçısıyam. 

Ürəkaçan bir məsələ


Toğrul Allahverdili Moskvadan yazır

Azərbaycan xalqı ümummilli məsələlərdə çox asanlıqla bir araya gəlməyi bacarır

Biz həm Qarabağ problemində, həm Xocalı məsələsində dünyaya hay salmağa çalışırdıq. Öz sərhədlərimizi aşıb dünya ictimaiyyətinin rəyini qazanmağa hər zaman cəhd edirdik. Amma arzuedilən effekt alınmırdı. Bu dəfə həm əvvəldən başladılan təbliğat kampaniyası, həm qardaş Türkiyədə keçirilən aksiyalar, həm dünyada baş tutan tədbirlər, bu prosesin Bakıda prezidentin və muxalifət liderlərinin iştirakı ilə yuz minlik ümumxalq mitinqi ilə tamamlanması o demək idi ki, Azərbaycan xalqı ümummilli məsələlərdə çox asanlıqla bir araya gəlməyi bacarır. 

Kənan Hacı “Yağ kimi ” romanından danışır

“Roman bumu yaşanır, deyən yazarlar özləri də roman yazır” 


Yazıçı-jurnalist Kənan Hacı ilə müsahibəni təqdim edirik

-Nəyə görə “Yağ kimi”?
 
-Bu sualı bir neçə dəfə mənə veriblər. Əsəri yazmamışdan əvvəl nəsə bir detal axtarırdım. Bu romanın qəhrəmanı həyatda öz yerini tapmayan bir insandı, yəni lazım olduğu yerdə yox, lazım olmadığı yerdə olan bir adamdır. Və o, məşhurlaşmağın yolunu tapa bilmir. Əsas məqsədi məşhurlaşmaqdır. Haqqı olmadığı halda məşhurlaşmaq istəyən bir adamdır. 


28.02.2012

Avtobuslar haqqında yeni qanun


Gülnar Musayeva

Sən demə avtobus haqqında yeni qanun lahiyəsi tərtib olunub da,mənim xəbərim yox imiş.Çox maraqlı,gülməli və qəribə qanundur desəm doğru olar.Qanun haqqında az sonra. Öncə deyəcəklərim yenə fırlanıb gəlib mentaitetə çıxır söhbət. Bu mentaliteti kim yaradıb?Kimdir bunu idarə edən şəxs?Və görəsən mentalitetə nə vaxt yazılıb ki,avtobusda oturmaq üçün hanısısa qanun var?Və o qanun hardadır.Bizim millətdə belə bir fikir varda.Əgər mən gəncəmsə və avtobusa qoca minirsə mən mütləq durmaq zorundayam.

Gələcək Diktatorlara məsləhətlər



Namiq Hüseynlinin tərcümələri

Cozef Qebbels

1. Diktatura üçün üç şey tələb olunur: rəhbər, ideya və rəhbərlə ideya üçün yaşamağa, hətta lazım olsa ölməyə belə hazır olan ardıcıllar. Rəhbərin yoxluğunda diktatura etibarsızdır, ideyanın yoxluğunda – mümkünsüzdür, ardıcılların yoxluğunda isə, sadəcə uğursuz bir zarafatdır.
2. Lazım gəlsə diktatura parlamentə də qarşı çıxa bilər, ancaq o heç bir halda öz xalqına qarşı çıxmamalıdır.

Bəxtiyar Hidayət. Köhnə şeirlər yeni düzənlə


QIFILBƏND

Bir hikmət var əzəl gündən danışar
Xeyirindən, zərərindən bəşər hey.
Qış gəldimi bəzi yerdə ölüdü
Bəzi yerdə ayaqüstə yaşar hey.

Gah aşiqdi, əyilibdi, qəmdədi
Gah uşaqdı çardaqdadı damdadı
Gah aşıqdı barmaqları simdədi
 Heç götürməz, elə nəğmə qoşar hey.

Ayrılmaq istəyirəm

 Pərviz Sadıqov


Səni düşünmək üçün doğulmuşam?
İstəmirəm sənli düşüncəni...
Sanki düşüncəmdə boğulmuşam
İstəmirəm sənli işgəncəni
Ayrılmaq istəyirəm...

Küçələr soyuq, kimsəsizdir
Sənsizlik daha əzizdir


Həmid Herisçi «WikiLeaks» haqqında nələr dedi?

Həmid Herisçi: «Dünyanın dəyişməsi həmişə keçmiş gizlinlərinin açılmağı ilə başlayır»

«Bundan sonra müasir Qərb dünyası, onun keçmiş elitaları çökəcək»

Dünyanı silkələyən «WikiLeaks» olayına müxtəlif yanaşmalar olsa da konsproloji nöqteyi-nəzərdən dəyərləndirmələr mövcud deyil.
Konsproloji yazıları ilə məşhur olan tanınmış yazar Həmid Herisçi ilə bu mövzu ətrafında söhbət etmişik. Həmid bəy olaylara olduqca maraqlı yanaşma sərgiləyir.

- Həmid bəy, bu gün dünyanın diqqəti “WikiLeaks” saytının yaydığı məlumatlardadır. Sizin baxışlarınız daha çox konsprilogiya elminə söykənir. Konsprilogiya eləmi baş verənləri necə izah edir?

Белая карета


Алексей Ермолаев, Новокубанск

Света  больше  от  любви,
От  любви  забвенье,
Что  же  это,  все  цветы,
Моего  рожденья.

Ты  обещал  мне  мой  свет  надежды,
Шелестом  ночи  искры  слов,
Время  идет  все  так  как  прежде,
       Без  обнов.
Два  корабля  плывут  в  тумане,
Слабо  мерцает  их  луч  любви,
Где  же  причал,  эй  капитаны, 
        Впереди.


27.02.2012

Şirzad Balabanda

Əziz qardaşım, balaban ustası, respublikanın əməkdar artisti Şirzad Fətəliyevə həsr edirəm

Dünya qəminə qəm nə gərəkdir qəmi ümman
Bir qəm də gəlir qəmlərə ahı Balabanda

Cəm etmə bütün səsləri, bir dəm, o da çoxdur
Şur səslənir Allah, yenə Şirzad, Balabanda

İnsan nəfəsində bu qədər möcüzə varmış?
Şükri kərəmin sahibi vermiş bu adamda

Duyduqca səsin sandım o günlər geri dönmüş
Sabir hələ sağdır qonağam mən o zamanda


Səni sevməyə qorxuram


Emin Piri  

SƏNİ SEVMƏYƏ QORXURAM, ALLAH!

Döyülməyə qapım yoxdu,
Özüm özümü döyürəm.
Sözüm ağzımda döyülür,
…Döyənə də baxan yoxdu.
Sözü qorxudurlar,
Allah!

Ürəyimi oyan oydu,
Bizə qalan elə yoldu.
Qəbrimi də qazan yoxdu,
Ölməyə qorxuram,
Allah!

CANIM VƏTƏN!

Afaq Şıxlı

Övladları dərbədiyar,
Torpaqları dağım-dağım,
Ümidləri param-parça olan Vətən!
Gözü yolda,
qulaqları bircə Zəfər harayında
qalan Vətən!
Aqrıların necə böyük,
Yaraların necə dərin!
Hanı sənin igidlərin,
hanı sənin ərənlərin!

Putin fenomeni

Turan Türk

Deyəsən Putin çağdaş Rusiya tarixinin fenomeninə çevrilir. Özü də əməlli-başlı. Sovet imperiyasının çöküşündən sonra adama elə gəlirdi ki, Rusiya Qərbin qarşısında sözəbaxan uşaq mövqeyindən uzağa gedə bilməyəcək.
Daha çox ona görə ki, ayaq üstə dayanmaq üçün Qərbdən iqtisadi asılılığı qalan hər şeyi kölgədə buraxırdı. Yaşam xatirinə qürur haqqında düşünməyə sadəcə olaraq yer qalmırdı. Bu səbəbdən də Rusiyada imperiya maraqlarının yenidən baş qaldıra biləcəyi çox uzun zaman çəkə biləcəyindən Qərbin Rusiya ilə bağlı planları sanki sonadək həyata keçirilmiş görünürdü.

İstanbul səfərimin analizi: biz böyük millətik!

Aydın Xan Əbilov 

Dünya Azərbaycanlıları Günü!

Dünən dünya türklərinə kədərlə gülümsəyən İstanbul bu gün göz yaşlarını saxlayammadı: Xocalı soyqırımının 20-ci illiyinə həsr olunmuş möhtəşəm yürüş-mitinq zamanı Türk Dünyasının baş kəndində hava ideal idi, amma bu səhər yaman yağış başladı...

Əslində dünən bütün dünyada - xüsusən də Bakı və İstanbulda keçirilən tədbir o qədər xoşuma gəldi ki, mütləq cəmiyyətimizə bu təklifi verməliydim: 26 fevral Dünyanın 50 milyonluq Azərbaycanlıların birləşmə Günü elan edilməlidir...


Aşura haqqında əsl həqiqətlər

İmam Buhari bildirir ki, Məhəmməd peyğəmbərin dediyinə görə, bir zamanlar Allah yer üzündən biliciləri aparacaq və bir nəfər də olsun “xəbərdar” qalmayacaq və bu zaman insanlar özlərinə dinin sirlərini bilməyən insanları başçı seçəcəklər. Onlara sual verəndə onlar bilmədikləri şeylər haqqında qərar verəcəklər və nəticədə özləri yolu azacaq və başqalarını da yanlış yola sövq edəcəklər.
Bu gün qədim həqiqətləri bilməyən, dinin kökündən xəbəri olmayan din xadimləri 5500 illik tarixi olan mərasimlərimizi və adət-ənənələrimizi dəyişdirmək istəyirlər. 

Тохары – R1a1a

Недавно обнародованное исследование генетики древних обитателей Таримского бассейна (в Синьцзян-Уйгурском автономном районе на северо-западе современного Китая) принесло примечательные, хотя и вполне ожидаемые результаты. Все семь мужчин из самого древнего слоя кладбища (ок. 2000 г. до н.э.), из чьих останков удалось извлечь пригодный для анализа материал, оказались принадлежащими к мужской гаплогруппе R1a1a.
«Мумии» II-I тысячелетий до н.э. из таримских захоронений (их мумификация явилась следствием воздействия природных условий, а не намеренных действий при погребении) привлекли к себе внимание научного мира еще в начале XX в. своим европейским внешним видом, резко отличающим их от современных обитателей этих мест. Новый всплеск интереса к ним произошел в последние два десятилетия, и к настоящему моменту известно уже несколько десятков «мумий», свидетельствующих, что древние обитатели Тарима имели европейские черты лица, светлые (русые, рыжие или белокурые) волосы и большой рост (до 2 м).

Род и Роденица

Портреты владык Аркаима привнесут в ваш мир надежду и свет.

Их имена Род и Роденица. Они имеют корни гиперборейские.

Союз Рода и Роденицы породил новое человечество. Арии создали цивилизацию пятой расы.

Ваше сознание наполнено их энергиями. Чудесные лица ваших родоначальников обращены к вам.

Взгляды их несут свет и тревожное ожидание: "Дети земли, что вы сделали со своим домом? Ждем ответа."

Novruz – Dünyanın yaranışı bayramıdır

Norooz15.jpg
Firudin Gilar Bəg
Professional Oxucu Liqası

Müqəddəs elimizin ən sevimli bayramı olan Novruz bayramı bu gün yaz bayramı kimi qəbul olunsa da, bu bayram haqda həqiqətlər hələ də açılmamışdır. Son dövr araşdırıcılarının gəldiyi nəticəyə görə Novruz bayramı eyni zamanda Həzrəti Əlinin doğumu, taxta çıxdığı və Fatimə ilə evləndiyi gündür. O digər tərəfdən Həzrəti Məhəmmədin peyğəmbərliyə məbus olduğu, Cəmşid padişahın Azərbaycanda taxta çıxdığı, Həzrəti Adəmin yaradıldığı, Yunus peyğəmbərin balığın qarnından çıxdığı və Nuh peyğəmbərin gəmisinin qayaya oturduğu gündür (sayt: sarigelin1.com). Belə çıxır ki, Novruz bayramı İslam dini ilə də bağlıdır.

Mir Cəlal manifesti


Mir Cəlal Əli oğlu Paşayev 1908-ci il aprelin 26-da Cənubi Azərbaycanın Ərdəbil vilayətində kəndli ailəsində dünyaya göz açıb. Kiçik yaşlarında atası Gəncəyə köçdüyündən, uşaqlığını burada keçirib. Mir Cəlal 10 yaşında olanda- 1918-ci ildə atası vəfat edib və o, böyük qardaşının himayəsində yaşayıb. Uşaq yaşlarından maddi və mənəvi çətinliklərlə üzləşsə də, bu çətinliklərə sinə gərərək öz yolu ilə inadla, inamla irəliləyib. 1918-1919-cu illərdə xeyriyyə cəmiyyətinin köməyi ilə ibtidai təhsil alıb, sonra isə Gəncə darülmüəlliminə daxil olub. Oxuduğu təhsil müəssisəsində həm dərsə davamiyyəti, iti zəkası, həm də ictimai fəallığı nəticəsində əvvəlcə tələbə təşkilatının, sonra isə şəhər tələbə həmkarlar təşkilatının sədri seçilib...

ƏRƏBİSTAN KRALININ QARDAŞI İFŞAEDİCİ FAKTLAR AÇIQLADI

FaktXeber.com-un “Əl-mənar” qəzetinə istinadən verdiyi məlumata görə, Ərəbistan kralının qardaşı Təllal bin Əbdül-əziz regionda Ərəbistan və Qətərin apardığı siyasətlər barədə şok açıqlamalar verib. O, deyib: “Ərəbistan kralı Abdullah bin Əbdül-əzizin zəifliyi səbəb olub ki, ölkədə qərarları təhlükəsizlik orqanlarında başçı vəzifəsində çalışan və Amerika Kəşfiyyat İdarəsi ilə sıx əlaqədə olan bəzi şahzadələr çıxarsın. 

Yazıçı haqqında bir neçə söz

Sayman Aruz
Dünya Azərbaycanlı Yazarlar Qurumu 

Hər bir yazıçı eyni halda yaşadığı bu dünyada bir vətəndaşdır. O da həmin dövr, siyasi, mədəni və ictimai coğrafiyada yaşayır. O da başqaları kimi həyatda qəm, kədər, şadlıq hisslərinə malikdir, yoxsulluq, sərvə, müharibə, azadlıq və azadlığın olmaması ilə rastlaşır. Onun yazıları həmin xarici aləmin təsirinin məhsuludur. Lakin ətraf aləmin bu təsiri hər bir yazıda fərqlidir. Yazıçının vəzifəsi bu təsir formalarını yazısında əks etdirməkdən ibarət deyildir. O, qabaqcada təyin olunmuş şəkildə və xüsusi düşüncəsi əsasında xarici aləmi araşdırmağa və bu əsasda hər hansı mövqeni tutmağa borclu deyildir. 

Фальшивые гособлигации США изъяты в Швейцарии

В Швейцарии изъяты фальшивые гособлигации США на сумму в 6 трлн долларов. Поддельные бумаги были перевезены из Гонконга в Цюрих и спрятаны в отделениях трёх банковских ячеек.
Спецоперацию подготовили и провели сотрудники итальянской полиции. Расследование было начато еще год назад прокуратурой города Потенца при тесном взаимодействии со швейцарскими властями.
По информации следователей, поддельные ценные бумаги — на сумму более чем в два раза превышающую госдолг Италии и равную почти половине госдолга США — были предназначены для продажи на рынках ценных бумаг в развивающихся странах. Арестованы 8 человек.

Azərbaycan vətənpervertlərinin təsnifatı

(Pervert - sapıq deməkdir, ruscası извращенец)

Kateqoriya 1: Dolma vətənpervertləri. Dolmadan, kəlağayıdan doldururlar çemodanlarına, düşürlər yola. Kimi görsələr, deyirlər, bizim qədim və böyük mədəniyyətimiz var. Soruşanda ki, bəs niyə böyük mədəniyyəti olan ölkədə təmiz tualet yoxdur, iki cavab variantı olur: a) sən vətən xainisən. b) söhbəti siyasiləşdirməyin.
Kateqoriya 2: (Natiq dilinə sağlıq). Dəvəquşu vətənpervertləri. Azərbaycan haqqında ölülərdən danışan kimi, ancaq yaxşı şeylər danışırlar. Natiq Cəfərli demişkən, yəqin evdə də zibili xalçanın altına süpürənlərdir. 

İran filmi ilk dəfə olaraq "Oscar" aldı

Amerika Kino Akademiyası "Oskar" mükafatının qaliblərini açıqlayıb. 

1920-ci illərdə səssiz kino aktyorunun yeni texnologiyalara uyğunlaşmaq çabalarından bəhs edən "Artist" filmi 5 nominasiyada qalib olub.

"Artist" özü də səssiz filmdir və mükafatın 84 illik tarixində səssiz film ilk dəfədir ki, birincilik qazanır.

Bunlar arasında "Ən yaxşı film", "Ən yaxşı rejissor işi" (Michel Hazanavicius), və  "Ən yaxşı aktyor" (Jean Dujardin) nominasiyaları da var.


Gülnarə İnanc. Yorulmuşam

Алые паруса
Yorulmuşam...
Günahlardan günahlara qaçmaqdan.
Yalanın üzünə baxmaqdan.
Həsrətsiz qalmaqdan.
Qismət yolumu gözüyumlu keçib
talelə oynamaqdan
yorulmuşam.
İçimdəki təkanların,
püskürən vulkanların
ağzına tıxac vurmaqdan,
sellə gələn çör-çöpdən yuva tikməkdən
yorulmuşam.
Dünyanın dişləri ağarır.

QARA KVADRAT

Маски

Aytən Nəsibbəyli

 Bu gün
 Mən də bir qara kvadrat çəkib
 Içindəki mənəm desəm,
 Qorxuram,
 Bağışlamaz içimdəki həsrət bunu.
 “eh, məni bu dörd cızığın yaratdığı
 Axmaq dar qəfəsə bənzətdin sən deyər.