Fəridə Babayeva
Bu hadisə baş verən zaman mənim 11-12 yaşım olardı.Yay fəslinin ortaları idi.Mən öz ailəmlə birlikdə nənəmgilə, yəni Əli-Bayramlı şəhərinə istirahətə getmişdim.Orada xeyli qaldıq. Yayın gəlişi ilə bura o qədər gözəl olmuşdu ki, insan getmək istəmirdi. Yaşıllıq hər tərəfi bürümüşdü. Ağaclar bar vermişdi. Sanki füsunkar təbiət öz yaraşığını biz insanlara göstərmək istəyirdi. Həqiqətən o qədər heyranedici idi ki, təbiət bacarıqlı bir rəssamın illər boyu əlləşib- vuruşub, böyük bir əzmlə çəkdiyi sehirli bir rəsm əsərinə bənzəyirdi.