11.11.2018

AzərSunda işləmiş bir nəfər bu bitki yağlarının hazırlanma texnologiyasını belə danışır: “Böyük tonluq çənlərdi, hərəsinə cəmi 25 kq təbii kərə yağı qatılır, üzərinə isə tonlarla kimyəvi məhlul əlavə olunur, çox kəskin qoxusunu boğmaq ücün xüsusi kimyəvi məhlul əlavə olunur, məhlul Türkiyədən gətirilir və qutunun üzərində yazılıb: “İnsan sağlığı ücün zərərlidir”. Burada işləyən işçilər arasında belə bir zarafat yayılıb, teksun yeyən ərlə arvad gecə bacı-qardaş kimi yatırlar”.
Budur bu gün yaşadığımız həyatın faciəsi! Yağ sexlərinin birində işləyən fəhlə isə deyir: “İşlədiyim yağ sexini keyfiyyətsiz məhsul istehsal etdiyi ücün dövlət bağladı, amma sahibkar 400 min manat rüşvət verib sexin fəaliyyətini bərpa etdi”. Fəhlə danışır ki, bu sexdən işimiz müqabilində bizə gündə 2 litr yağ verirlər, içində yağdan başqa nə desən var, ona görə də özümüz istifadə etmirik, satırıq.
İnsanları keyfiyyətsiz bitki yağı yeməyə məhkum etmiş Türkiyənin sionist kürd şirkətləri ölkədən rədd olub getməlidirlər. Bu şirkətlər millətin genefondunu məhv edir. Bu gün şiş xəstəlikləri tüğyan edir. Söydüyümüz Sovet dövründə insanlarda çox nadir hallarda xərçəng şişi aşkarlanırdı, amma təkcə 2011-ci ildə 8 min 500 nəfərə xərcəng dioqnozu qoyulub. Sonsuzluq, kişi zəifliyi, mədə-bağırsaq xəstəliklərindən isə artıq danışmaq mənasızdır, bu xəstəliklər astronomik rəqəmlərlə artır.

Комментариев нет:

Отправить комментарий