20.11.2018

Nurəddin Xoca: Tariximizə ləkə olmuş AXC hakimiyyətindən bir qırıntı

Mübariz İbrahimovu qəhrəman hesab etməyən bu "kişinin" adı Nurəddin Xocadır. Qarabağda qızğın döyüşlər gedən bir zamanda tabeçiliyində olan "Bozqurd" batalyonu ilə quldurluq edən bu şəxsin daim fəxrlə təkrar etdiyi bir cümləsi daha var: "Mənim batalyonum ən az itki verən batalyon olub"...
Bilirsiniz niyə onun batalyonu ən az itki verib? Çünki millət döyüşdüyü, şəhid olduğu bir zamanda onlar cəbhədə döyüşmək əvəzinə, Əbülfəz Elçibəy Qədirqulu oğlu Əliyevin tapşırıqlarını yerinə yetirir, cənub zonasında soyqrım törədir və ev qarət edirdilər. Bu adamın şəhidlərə qarşı bu qədər nifrətinin səbəbi öz keçmişində buraxdığı səhvlərdir ki, əlində batalyon ola-ola tarixə düşəsi bir qəhrəmanlıq edə bilməyib, üstəgəl separatçılıqla, quldurluqla məşğul olubdur.
Qarabağ Qazilər Təşkilatı sədri və üzvlərinin sərt tənqidlərinə baxmayaraq bu adam yenə də öz iyrənc sözlərindən əl çəkmir, danışdıqca hər gün bir az daha batmaqda davam edir. 
Tariximizə ləkə olmuş AXC hakimiyyətindən bir qırıntıdır bu adam sadəcə. Bunun timsalında, milləti məhvə aparan Bozqurdçuluq Turançılıq və Millətçilik bəlasının əsl mahiyyətini anlayır insan.
Unutmayın, Şəhid Çingizin çəkdiyi kadrlarla, beynəlxalq KİV-lərə ötürdüyü yalan məlumatların (Ayaz hakimiyyətinin dinc erməniləri qırması və s.) üzə çıxdığını görüb, 6 ay Milli Qəhrəman adını Çingizə verməyən Elçibəy bu ölkədə şəhidlərə qarşı ehtiramsızlığın əsasını qoydu. İndi də onun yolunu gedənlər bu işi davam etdirir.

"Sərt Tənqid" facebook səhifəsi

Комментариев нет:

Отправить комментарий