19.11.2018

Facebookda Albert Aqarunovla bağlı maraqlı müzakirə

Famil Qardaşxanov: Mənə çox maraqlıdır ki yəhudi əsilli Albert Aqarunovu millətçilər hər yerdə reklam edib İsrail-Azərbaycan dostluğundan dəm vururlar, amma onlarla rus tanıyıram ki, Azərbaycan uğrunda canlarından keçiblər- heç yada salan da yoxdur! Albert Azərbaycan vətəndaşı idi, bunun İsrail-Azərbaycan dostluğuna nə dəxli var, başa düşə bilmirəm.

Aftandil Babayev: Albert, bəli, Azərbaycan vətəndaşı idi, indi o Türkiyə vətəndaşı olsaydı, təsəvvür eləyirəm bizim manqurtlar nə oyundan çıxardılar)))

Hafiz Cəfər: Axı onlara belә tapşırıq verilib...

Aftandil Babayev: Tapşırıq yox, təbliğat belə gedib.

İlqar Məmmədov: Bəli, təbliğat elə gedib. Albert şəhid olan illərdə Azərbaycandan rəsmi rəqəmlərə görə 18 min yəhudi İsrailə köç edib, yəni Azərbaycan vətəndaşı olan yəhudilər müharibənin qızğın vaxtında ölkəni tərk eləyib İsrailə gediblər. Halbuki həmin dövrdə camaatın uşağını ev-ev gəzib müharibəyə aparırdılar, heç kimi də ayırmırdılar ki, sən talışsan, ləzgisən, türksən və sairə... Hamını tutub aparırdılar və sərhəddən Rusyaya, ya Türkiyəyə qaçmaq mümkün bir şey deyildi... Bəs görəsən necə olub ki, məhz o vaxtları yəhudilərin 18 mini əlini-qolunu sallayaraq ölkədən gedib, amma bizimkilərə isə Albert üzərindən təbliğat aparılıb? Burada məqsəd yəhudi millətini pisləmək deyil, söhbət Azərbaycan vətəndaşı olan hər kəsin bərabərliyindən gedir. Azərbaycanda 1973 təvəllüdlü kişi cinsindən demək olar ki, heç kim qalmayıb, yox deyiləcək dərəcədə azdır, çünki hamısının 18 yaşı 1992-yə düşürdü, o yaşda tutub aparıb müharibədə qırdırırdılar. İnanmırsınızsa buyurun öz ətrafınıza baxın, görün neçə nəfər 1973 təvəllüdlü kişi taparsınız? Hamımızın kəndindən onlarla, yüzlərlə qəhrəmancasına şəhid olan oğullar var, amma diqqətləri cəmlədilər o vaxt bir Albertin üstünə. Albertə Allah rəhmət eləsin, amma... Albert üzərindən propaqanda yayıb, qaçan yəhudiləri ört-bas etdilər.

Комментариев нет:

Отправить комментарий