23.11.2018

Putin tapşırdı: SSRİ-də doğulanlara vətəndaşlıq veriləcək - YENİ QAYDALAR

Keçmiş SSRİ-də doğulan hər kəs istədiyi təqdirdə Rusiya vətəndaşlığı ala biləcək. Buna görə şəxsin başqa bir ölkənin vətəndaşlığından imtinasına dair sənədlər toplamaq da lazım gəlməyəcək. Cebhe.info xəbər verir ki, bu barədə "Komsomolskaya pravda" yazıb. Nəşr bildirib ki, məsələ Dövlət Dumasının milli məsələlərə dair komitəsində müzakirə olunub və rus dilində danışanların Rusiya vətəndaşlığını daha sadələşdirilmiş qaydada alması üçün qanun layihəsi hazırlanıb.
Beləliklə də bununla əlaqədar iki qanunda dəyişiklik nəzərdə tutulur. Qanunun hazırlanmasını prezident Vladimir Putin tapşırıb. Layihəyə əsasən rus dilində danışan şəxslər dedikdə Rusiya və SSRİ ərazisində doğulanlar, onların Rusiyada dünyaya gələn  qan qohumları nəzərdə tutulur. Onlar Rusiyada yaşamaq hüququnu başqa ölkənin vətəndaşlığından imtina etmələrinə dair sənəd təqdim etmədən də ala biləcəklər.
İndiyə qədər məhz bu bənd Rusiyada yaşamaq istəyən bir çoxlarına müsbət cavab verilməməsini şərtləndirmişdi. Yaxın zamanda qanun layihəsinə Dumanın digər kommissiyalarında da baxılacaq və səsverməyə təqdim ediləcək.

Комментариев нет:

Отправить комментарий