04.11.2018

Şərqi Azərbaycanın sabiq valisi Əli Əbdüləlizadə:
“Elçibəydən sonra Heydər Əliyev hakimiyyətə gəldi və vəziyyət çox dəyişdi. O vaxt cənab Haşimi Rəfsəncaninin göstərişi ilə bizim Azərbaycanla münasibətlərimiz də genişlənmişdi, çoxlu get-gəllərimiz baş tuturdu. Bir dəfə Heydər Əliyev gecə yarısı Haşimiyə zəng edib dedi ki, səhərə kimi bizə çörək çatdıra bilməsəniz, artıq biz yoxuq. Elə həmin gecə Haşimi mənə zəng etdi və məsələni xəbər verdi. Həmin gün günortaya kimi bizim çörək yükümüz Bakıya çatdı. O gün cənab Heydər Əliyev mənə zəng edərək təşəkkür etdi. Sonralar mən cənab Heydər Əliyevlə söhbət etdim və Azərbaycanı unla təmin etmək barədə müqavilə bağladıq. Bir müddət bu iş davam etdi. Naxçıvan mühasirəyə düşdükdə dörd aya yaxın Naxçıvana da bu xidməti göstərdik. Naxçıvan mühasirədə olan illərdə onlara lazım olan məhsulların bir hissəsini Təbrizdən, bir hissəsini də xaricdən hazırlayaraq Naxçıvana çatdırdıq. Həmin dövrlərdə xarici şirkətlər lobbilərin dəstəyi ilə Azərbaycan Respublikasında quruculuq işləri aparmaq üçün bu ölkəyə daxil olurdular, amma heç şirkət Naxçıvana getmək istəmirdi. Naxçıvana səfərlərimin birində xəstəxanalardan birinin bütün şüşələrinin sındığını gördüm. Ora doğum evi edi. Mənə dedilər ki, dünən axşam bu doğum evində bir ana və körpəsi soyuqdan ölüb. Çünki Naxçıvanın istilik sistemi mərkəzləşmiş idi və mərkəzi mühərrik sistemi də yanacaq qurtardığı üçün sönmüşdü. Mən bu xəbəri eşitdiyim gündən Təbrizdən getdiyim günə qədər hətta bir gün də olsun Naxçıvanın mərkəzi istilik sistemi sönmədi. Çünki sönsəydi, bütün Naxçıvan soyuqdan donardı. Biz davamlı olaraq Naxçıvana yanacaq göndərdik. Biz sevgi ilə, səmimi qəlbdən azərilərə yardım etdik. Naxçıvanın xəstəxanalarının şüşələrini də bərpa etdik, hətta parlament binasını da qızdırıcılarla istiləndirdik. Bütün bu işləri səmimi qəlbdən və ixlasla həyata keçirdik. Belə düşünürəm ki, bu xidmət heç vaxt unudulmayacaq. Heydər Əliyevin and içmə mərasiminə mən də getmişdim. Heydər Əliyev məni öz yanında oturtdu və hamıya dedi ki, bu kişi mənim qardaşımdır, İrandan gəlmişdir və Şərqi Azərbaycan valisidir. Mən deyirəm ki, əgər bunlar olmasaydı, mən bu gün diri deyildim və buz bağlamışdım”.

Комментариев нет:

Отправить комментарий