Hələ 1928-ci ildə Avstriya polisi müfəssəl tədqiqiat apararaq müəyyənləşdirmişdi ki, Hitlerin babası yəhudidir. 14 oktyabr 1933-cü ildə İngiltərənin “Deyli Meyl” qəzeti Buxarestin yəhudi qəbiristanlığında basdırılmış Adolf Hitler adlı adamın qəbrinin şəklini dərc etmişdi və yazırdı ki, bu Almaniya reyxskanslerinin babasıdır. 1936-cı ildə Almaniyadan İsveçrəyə qaçmış yəhudi jurnalist Konrad Qeyden burada Hitlerin həyat yolundan bəhs edən kitab buraxmışdı. Qeyden göstərirdi ki, Hitlerin anasının babası İohann Solomon adlı yəhudidir, Hitler familiyası arilərdən də çox yəhudilərin familiyasıdır və Hitlerin qohumları yəhudi qəbiristanlığında dəfn olunmuşlar. Açıqlama Hitlerə elə təsir etmişdi ki, Qeyden 1937-ci ildə alman vətəndaşlığından çıxarıldı və Almaniyadakı əmlakı müsadirə olundu. 1938-ci ildə Avstriya Almaniyanın tərkibinə birləşdirilərkən Hitlerin öz doğma kəndləri Dellersxaym və Ştronesi sökdürdü, burdakı qəbiristanlıqları dağıtdıraraq yerində poliqon qurdurdu. Bu Hitlerə onunçün lazım idi ki, heç kəs onun yəhudi kökünü aydınlaşdıra bilməsin. O deyirdi: “İnsanlar mənim kim, hardan və hansı ailədən olduğumu bilməməlidirlər”.

Комментариев нет:
Отправить комментарий