Almaniya kəşfiyyatının rəhbəri Qeydrix Reynxard Hitlerin Rotşildin övladı olması ilə bağlı bir sıra materiallar toplamışdı və bu materialları Avstriya kansleri Enqelbert Dolfusa ötürmüşdü. Dolfus həmin materialları Hitlerin doğulması ilə bağlı yerli sənədlərlə birgə Qans-Yurqen Kelerə vermişdi. Keler Gestaponun keçmiş zabiti idi və hələ müharibədən qabaq İsveçrəyə qaçmışdı. Toplanmış materiallar əsasında Keler 1940-cı ildə Hitlerin yəhudi kökləri və əməlləri barədə “Gestaponun pərdəarxası” adlı kitab yazmışdı. Hitlerin Avstriyanın paytaxtını tutmağa hər vəchlə can atması da onun sirrini açmağa dəlalət edən sənədləri məhv etmək istəyi ilə bağlı idi. Keler göstərir ki, Adolfun doğulduğu Avstriyada kəndlilər arasında Hitler familiyası yoxdur- bu familiya daha çox Qalisiya yəhudiləri arasında geniş yayılmışdır. Hitlerə 1941-ci ildə Vyanada verilmiş əsl pasport qalmışdır. İkinci Dünya Müharibəsi dövründən İngiltərə kəşfiyyatının arxivində saxlanılan bu pasportun üzərindən 2002-ci ildə gizlilik qrifi götürülmüş və mətbuatda dərc olunmuşdur. Pasporta Hitlerin yəhudi olmasını təsdiqləyən möhür vurulmuşdur. Pasportda Hitlerin Fələstində məskunlaşmasına icazə verən viza ştampı da vardır.

Комментариев нет:
Отправить комментарий