1943-cü ilin martında cəmi bir neçə gün ərzində faşistlər Belorusiyanın Vitebsk vilayətində 158 yaşayış məntəqəsinə od vurub 3450 evi yandırdılar. 3500 dinc sakin güllələndi, yandırıldı, ya da Svolna çayında boğuldu ki, onlardan 2128-i 12 yaşına kimi uşaq idi. Bütün bu qətliam müdhiş əziyyət və dəhşətli iztirablarla müşayiət olundu: faşistlər oğlan uşaqlarını yanar evlərin içinə atır, qadınların döşünü kəsir, qız uşaqlarının qarnını doğrayırdılar. Qolu və qıçı sındırılmış qadınları və uşaqları çaya tullayırdılar.

Комментариев нет:
Отправить комментарий