05.02.2019

Almaniyanın təbliğat naziri Yozef Gebbels keçirdiyi mətbuat konfransında deyirdi: “Almaniya hökuməti yəhudi dövlətinin yaradılmasına qarşı deyildir”. Faşist Partiyasının “Das Şvarse Kor” qəzeti sionizmi dəstəkləyərək yazırdı: “Fələstinə min il ərzində orda olmamış oğullarının qayıdacağı gün uzaqda deyil. Biz onları sidqi ürəkdən salamlayırıq və uğurlar arzulayırıq”. Əgər nasistlər yəhudiləri total məhv etmək istəsəydilər, Afrikada dislokasiya olunmuş general-feldmarşal Rommelin korpusunu Fələstinə yeridərdilər və bu işi kökündən həll edərdilər. Amma Fələstinin yəhudi məntəqələrinə bircə dənə də olsun alman bombası düşmədi. Əksinə, Fələstindəki ərəb kəndlərinə hücum edən yəhudi dəstələri alman avtomatları ilə təhciz olunmuşdular. Fələstin ərazisi başdanbaşa alman malları ilə dolu idi.
 Yəhudi tədqiqatçısı Yevgeni Berkoviç göstərir ki, 1933-cü ildən 1939-cu ilə kimi Almaniya dövləti Fələstinə 100 milyon reyxsmarka pul yardımı etmişdir ki, bu da 60 min yəhudinin yerbəyer olunmasında mühüm rol oynamışdır. Məhz Almaniyanın yardımları sayəsində İsrail dövlətinin fundamenti qurulmuşdur. Həmin dövrdə Fələstində yaşayan tanınmış publisist, solçu sionist Moşe Beylinsonun “Davar” qəzetinin baş redaktoru Berl Kaçnelsona göndərdiyi məktubda deyilirdi: “Burda bizim sionist fəaliyyətimizin tarixində arzulaya bilməyəcəyimiz dərəcədə küçələrə pullar səpilib. Burda bizim heç vaxt əldə etmədiyimiz və etməyəcəyimiz heyranedici uğurun müjdələri görünməkdədir”.

Комментариев нет:

Отправить комментарий