Nasistlərin məqsədi yəhudiləri məhv etmək deyildi. Tədqiqatçı Vladimir Brovkonun dediyi kimi: “Heç kəs heç kəsi kütləvi şəkildə öldürmürdü. Bütün məsələlər pərdəarxasında həll olunurdu”. Almaniyanın Yəhudi İcmasının prezidenti Qans Lammın göstərdiyi kimi, “nasional-sosialistlər özlərinin yəhudilərlə bağlı siyasətlərinin ilkin mərhələsində sionist yanaşmasını əsas götürmüşdülər”. Hitlerin hakimiyyətə gəlişi sionistlərə öz planlarını həyata keçirmək unikal tarixi imkan vermişdi və onlar bu imkandan istifadə etmişdilər. Sionistlərin özlərinin də qeyd etdiyi kimi, Hitler proyekti onların ən vacib məqsədlərinə yaramışdı: Avropa yəhudilərinin assimilyasiyası probleminin qarşısı alınmış, təzyiqlər nəticəsində onların arasında birlik və yəhudilik fikrinin mobilizasiyası hissləri baş qaldırmış, millətçilik və “ana vətənə” bağlılıq güclənmişdi. Yəhudi maliyyə akulası Rotşildin alman nasistlərinə köməyi də Fələstində yəhudi dövlətinin yaradılmasına fürerin verdiyi töhfələrə görə idi. Məhz Hitlerin sayəsində sionistlər yəhudiləri Avropadan zor-xoş yeni yaratdıqları dövlətin ərazisinə köçürə bilmişdilər. Faşistlər yəhudiləri gəmilərə dolduraraq Fələstinə göndərmiş, Fələstində isə sionistlər onları qarşılayaraq yerbəyer etmişdilər. İsrail məhz Hitlerin sayəsində ərsəyə gəlmişdi.

Комментариев нет:
Отправить комментарий