05.02.2019

Babası yəhudi olan Almaniya Federativ Respublikasının keçmiş kansleri Helmut Şmidt müharibə dövründə hərbi hava qüvvələrinin zabiti olmuşdur. O öz xatirələrində yazır ki, təkcə bizim aviasiya hərbi hissəmizdə mənim kimi yəhudi qanlı 15-20 adam xidmət edirdi. Vermaxtın tərkibindəki Finlandiya ordusunda xidmət edən yəhudilərin hətta səyyari sinaqoqları vardı ki, həmin sinaqoqun daimi ziyarətçiləri olan mayor Leo Skurnik və kapitan Solomon Klass göstərdikləri şücaətlərə görə alman ordu komandanlığı tərəfindən 1-ci dərəcəli Dəmir Xaç ordeninə layiq görülmüşdülər. Müharibə zamanı bir sıra təltiflərə, o cümlədən nadir hallarda verilən Qızıl Alman Xaçına layiq görülmüş polkovnik Valter Xollander də yəhudi idi. Xollanderin rəhbərlik etdiyi tanka qarşı briqada 1943-cü ilin iyulunda Kursk döyüşündə 21 Sovet tankını məhv etmişdi, buna görə o Çəngavər Xaçı ordeni ilə təltif olunmuşdu. Döyüşlərdə göstərdiyi şücaətlərə görə Cəngavər Xaçı ilə təltif olunmuş Vermaxt mayoru Robert Borxardt ingilislərə əsir düşərkən məlum oldu ki, o yəhudi oğludur və atası Londonda yaşayır. İngilislər Borxardtı atasının yanına buraxdılar, 1946-cı ildə isə o Almaniyaya qayıtdı. 1983-cü ildə, ölümünə az qalmış Borxardt alman məktəblilərinə belə deyirdi: “İkinci Dünya Müharibəsində Almaniya uğrunda vuruşmuş yəhudilərin çoxu bunu öz müqəddəs borcları hesab edirdilər”.

Комментариев нет:

Отправить комментарий