05.02.2019

1940-cı ilin avqustinda təkcə Münhendəki 7-ci hərbi dairədə 2269 yəhudi zabit xidmət edirdi. Ordunun yüksək rütbəli məmurları arasında çoxlu yəhudilər vardı. 1944-cü ilin yanvarında Vermaxtın Kadrlar Şöbəsi 77 nəfər yüksək rütbəli zabit və generalın siyahısını çıxarmışdı ki, onların “yəhudi irqi ilə qarışığı vardı və yaxud yəhudi qadınlara evlənmişdilər”. Hitler onların hamısına “təmiz alman qanlı” olmaları haqda sənəd vermişdi və orduda xidmətlərini məqbul saymışdı. Onların içərisində 23 polkovnik, 5 general-mayor, 8 general-leytenant və 2 general vardı. Amerikan Hərbi Universitetinin professoru Brayan Ruqq “Hitlerin yəhudi əsgərləri” kitabında göstərir ki, həmin siyahı tam deyil; bu siyahıya vermaxtın, aviasiyanın və flotun daha 60 yüksək rütbəli zabit və generalının, o cümlədən 2 feldmarşalının da adı əlavə olunmalıdır. Riqq şəxsən 1200 yəhudi qanlı insanın Hitler ordusunda xidmət etməsini qeydə alıb sənədləşdirmişdir. Ümumilikdə Hitler ordusunda 150 min yəhudi xidmət etmişdir. SSRİ-yə əsir düşən 4 milyon 126 min 964 Vermaxt əsgərinin içində 10 min 137 yəhudi də vardı. Liberal müəlliflər Hitlerin nəhəng yəhudi ordusu barədə danışmağı sevmirlər. Bu yəhudilər də alman faşistləri ilə birgə Sovet kənd və şəhərlərini dağıdır, əsgərlərini öldürür, qadınlarını zorlayırdılar. Amma maraqlıdır ki, hətta Sovet əsirliyində ölmüş həmin yəhudiləri belə İsraildə Xolokost qurbanları siyahısına daxil edirlər.

Комментариев нет:

Отправить комментарий