05.02.2019

Bir çox düşərgələrdə yəhudiləri qırıb çatan yox idi, onlar burda alman ordusunun ehtiyaclarını ödəmək üçün sintetik benzin və kauçuk istehsal edirdilər. Belostok gettosunun Yudenrat rəhbəri Efraim Baraş evlərdə sexlər yaratmışdı, dəzgahlar gətizdirmişdi və alman ordusunun təhcizatı üçün işləyən 20 fabrik qurmuşdu. Gettodakı yəhudilərin alman ordusunun qulluğunda necə durduğunu nümayiş etdirmək üçün Baraş ari tərəfdə sərgi də açmışdı. Berlindən gələn komissiyalar bu gettonun fəaliyyətini yüksək qiymətləndirirdilər. Adolf Qerşmanın rəhbərlik etdiyi Jmerinki gettosu da canla-başla alman administrasiyasına xidmət etməkdəydi. Gettodakı sex və emalatxanalar almanların sifarişi ilə ayaqqabı, mısmar, sabun, spirt və s. istehsal edərək satırdılar. Lodz gettosunun Yudenrat rəhbəri Xaim Rumkovski daha da irəli gedərək 70 min yəhudinin çalışdığı 120 sənaye müəssisəsi yaratmışdı ki, bunların çoxu alman ordusunun sifarişlərini istehsal edib verirdi. 500 min adamın yaşadığı Varşava gettosunda yəhudilər fabriklərdə çalışaraq alman hərbi sifarişlərini yerinə yetirirdilər. Yəhudi kollaborasionistləri gettonun tikiş sexlərində Reyxin qələbəsi üçün işləyirdilər- onlar Vermaxtın əsgərləri üçün paltar tikirdilər, kontrabandistlər isə həmin sexlərdən oğurlanmış paltarları polyaklara satırdılar. Gettodakı fabriklərdə yəhudilər parça, gödəkçə, corab, əlcək, şotka, qalanteriya malları istehsal edərək Polşa bazarlarına göndərirdilər.

Комментариев нет:

Отправить комментарий