05.02.2019

Varşava gettosu Polşanın nəhəng istehsal-ticarət mərkəzinə çevrilmişdi. Bütün Polşanın pullu Varşava gettosuna axırdı. Buradakı yəhudilər ölkənin ən varlı adamları sayılırdı. Varşava gettosu həm də qeyri-leqal valyuta əməliyyatlarının əsas mərkəzi idi- ölkə üzrə dolların məzənnəsi gettonun qara birjasında müəyyənləşirdi. Emanuel Ringelblüm yazırdı ki, gettoda hətta Fələstində həyətyanı torpaq sahəsi də almaq olurdu! Yəhudi məhəlləsinin yuxarı təbəqəsini kommersantlar, kontrabandistlər, müəssisə sahibləri, Yudenrat məmurları və Gestapo agentləri təşkil edirdi. Onlar dəbdəbəli toylar edirdilər, qadınlarına xəz paltolar və brilyantlar bağışlayırdılar, restoranlarda və gecə klublarında yeyib içirdilər. Restoranlarda boyun-boğazında qızıl və brilyant bərq vuran, bahalı paltarlar geyinmiş yəhudi varlıları şampan partladır, orkestrlərə musiqi sifariş verir, yüngül əxlaqlı qadınların xidmətindən yararlanırdılar. Varşava gettosunda 6 teatr, çoxlu kabare, restoran, kafe vardı, bundan başqa yəhudilər çoxsaylı bordellərdə və qumar klublarında əylənirdilər. Polşa yazıçısı Anka Krupunskaya göstərir ki, gettodakı yəhudilər kokaindən istifadə edirdilər və saxta funt sterlinq düzəldərək arilərə satırdılar. Keçmiş sakinlərin biri yazıçıya danışmışdı ki, “gettoda keçirdiyim günləri həyatımın ən xoşbəxt günləri sayıram”.

Комментариев нет:

Отправить комментарий