Daxau şəhərindəki Allax konslagerində məhbus olmuş İsrael Kaplan xatirələrində maraqlı detallara toxunur. O göstərir ki, Almaniyanın məğlubiyyəti üzə çıxanda SS-çilər konslagerin yəhudilər yaşayan hissəsinə girmirdilər, çölü qoruyurdular, içəriyə nəzarəti isə öz sadiq köməkçiləri olan yəhudi aktivistlərinə və kapolarına tapşırmışdılar. Həmin vaxt SS-çilər öz başlarının hayına qalmışdılar, qaçmaq və cəzadan yaxa qurtarmaq üçün yollar axtarırdılar. 2300 yəhudi məhbus cəmi 5 barakda yerləşmişdi, dözülməz sıxlıq yaranmışdı. Xəstələr sağlamlarla yan-yana uzandırlarından xəstəliklərini onlara da keçirirdilər, o cümlədən bədən zəifliyindən və ərzaq çatışmazlığından insanlar milçək kimi qırılırdılar. Bu zaman bəzi “tədbirli” yəhudilər öz soydaşlarının ölümü hesabına vəziyyətlərini yaxşılaşdırmaq qərarına gəlmişdilər. Nasistlərlə əməkdaşlıq edən 150-yə yaxın güclü yəhudi təkcə bir barakı ələ keçirərək digər yəhudiləri ordan qovmuşdular və özləri üçün burda geniş şərait qurmuşdular. İkinci barakı isə Macarıstandan olan yəhudi həkimlər ələ keçirərək xəstələri müalicə edirik adı ilə ora özününkülərdən başqa heç kəsi buraxmamışdılar. Beləliklə, 2000 xəstə və çəlimsiz yəhudi cəmi 600 adamın qalması üçün nəzərdə tutulmuş 3 baraka sığınmışdılar. Bu 3 barakda elə bir acınacaqlı vəziyyət yaranmışdı ki, ölmüş insanları çölə atmağa digərlərinin gücü belə çatmırdı. Hətta bu dəhşətli şəraitdə də yəhudilərin içindən daha güclülər digərlərinin ölümü hesabına özləri üçün çıxış yolu tapmışdılar. Burda da canlı-cəsədli yəhudilər bir yerə yığışaraq qruplaşmışdılar, özlərini “yəhudi bloklarının polisləri” elan etmışdilər. Amma onlar nizam-intizam yaratmaq, xəstələrə əl tutmaq və ölüləri izolyasiya etmək əvəzinə barakların birini özləri üçün xüsusi olaraq seçmişdilər, xəstələri naralardan zorla düşürtməklə hamını buradan qovaraq qalan 2 baraka doldurmuşdular. Onlar məhbuslara verilən yeməyi paylamağı da öz üzərlərinə götürmüşdülər ki, yeməyin çox hissəsini özləri yeyərək yerdə qalanlara qırın-qırıntı verirdilər. Maraqlısı budur ki, 30 aprel 1945-ci ildə konslager azad olunarkən məhz onlar sinələrini qabağa verib özlərini yəhudi məhbuslarının əzabkeş və vacib hissəsi kimi təqdim etmişdilər. Məhbus yoldaşlarına etdikləri zülmü onlara xatırlatmaq isə heç kəsin yadına düşməmişdi.
Комментариев нет:
Отправить комментарий