05.02.2019

Müharibədən sonra İsraildə bir yəhudi digərini təhqir etmək üçün ona “kapo” deyirdi- bu alman konslagerlərində faşistlərlə əməkdaşlıq etmiş məhbus kateqoriyasının adıdır. Kapoların əsas işi məhbuslara nəzarət etmək, onların fəaliyyəti barədə administrasiyanı məlumatlandırmaq idi ki, buna görə onlara xüsusi imtiyazlar verilirdi. Maraqlıdır ki, faşist konslagerlərində kapo işləyənlərin çoxu yəhudilər idi. Xolokostun tanınmış təbliğatçısı Eli Vizel yazır: “Düşərgələrdə Almaniya, Macarıstan, Çexiya, Slovakiya, Gürcüstan, Ukrayna, Fransa və Litvadan olan yəhudi kapolar fəaliyyət göstərirdi. Onların arasında inanclılar və ateistlər də vardı. Keçmiş professorlar, sənayeçilər, rəssamlar, alverçilər, fəhlələr, sağçı və solçu siyasətçilər, filosoflar və humanitarlar. Əlbəttə ki içlərində cinayətkarlara da rast gəlinirdi. Amma əvvəli ravvin olmuş bircə nəfər də kapo yox idi”. 

Комментариев нет:

Отправить комментарий