10.02.2019

General Heyns Quderian bildirirdi ki, əgər alman əsgəri yerli sakini güllələsə, buna görə o hərbi tribunala çəkilməyəcək: “Hansısa donuzu öldürməyə görə alman əsgərini mühakimə etmək olmaz. Onlar nə qədər az qalsalar, bizə o qədər yaxşıdır”- o bunu belə əsaslandırırdı. General Quderianın ordusundan olan sıravi Emil Qolıd gündəliyində yazırdı: “Yol boyu biz yerli əhali ilə pulemyotların dilində danışırdıq. Qışqırtı, inilti, qan və çoxlu meyidlər. Heç bir mərhəmət hissi keçirmirdik. Hər yerə, hər kəndə çatanda mənim əllərim gicişirdi. Kütləyə tapançadan atəş açmaq istəyirdim”. Alman əsgərləri tutduqları yerlərdə evlərə girir, qapını açmayanda pəncərədən içəri qumbara atır, onlara əyri baxanları güllələyir, qarşılarına çıxanları aparırdılar. Yol boyu əllərinə keçən qızları meşəyə aparırdılar və dəstə ilə zorlayırdılar. Bəzən qızlardan birini bıçaqla kəsib ağacdan asırdılar ki, digər qızlar qorxudan müqavimət göstərməsinlər.

Комментариев нет:

Отправить комментарий