10.02.2019

Alman əsgərlərinin törətdikləri vəhşiliklər onların evə yazdıqları məktublardan da aydın görünür. Yefreytor Feliks Kandels dostuna yazırdı: “Evləri ələk-vələk edib yeyib içəndən sonra əlimizə acıqlı bir qız keçdi, işimizi görəndən sonra onu öldürdük”. Leytenant Qafn məktubunda yazırdı: “Qızları zorlayarkən gicgahlarına tapançanı dirəyirik, onda əl-qol atmırlar. Başımıza bədbəxt hadisə gəldi: rus qızı özünü və ober-leytenant Qrossu partlatdı. Bundan sonra soyundurub lüm-lüt edərək işimizi görürük”. Əsgər Heyns Müller sevigilisinə yazırdı: “Bezmişəm. Bizim ordunun Rusiyadakı əməlləri məni riqqətə gətirib. Əxlaqsızlıq, soyğunçuluq, zorlama, öldürmə. Qocaları, qadınları, uşaqları öldürürük. Heç bir səbəb olmadan. Məhz buna görə ruslar dəlicəsinə və qəhrəmancasına müqavimət göstərirlər”.

Комментариев нет:

Отправить комментарий