Himmler deyirdi: “Rusların tam məhv edilməsi mümkün deyil. Odur ki, Rus əhalisinin planlı şəkildə qırılmasını və Uraldan o tərəfə sıxışdırılmasını təmin etmək lazımdır. Aclıq yolu ilə qara torpaqları boşaltmalıyıq”. Nasist məmuru Alfred Rozenberqin Rusiya iqtisadiyyatı ilə bağlı təlimatı beləydi: “Deindustrializasiya aparmaq, iqtisadiyyatı likvidasiya etmək və sıradan çıxarmaq üçün dərin və ardıcıl tədbirlər həyata keçirmək lazımdır. Bunu bütün ehtiyatın daşınıb aparılması, avadanlıqların demontajı, transport vasitələrinin konfiskasiyası yolu ilə etmək lazımdır”. Almaniya Əmək Cəbhəsinin gizli memorandumunda göstərilirdi: “Rusiyanın gələcək iqtisadiyyatı bütünlüklə Avropa iqtisadiyyatından asılı olmalıdır. Rusiya hərbi sənayeyə malik olmamalıdır. Həm də elə dərin yenidənqurma işləri aparılmalıdır ki, Rusiya xalqları müəyyən həyat səviyyəsindən yuxarı qalxa bilməsinlər. Rusiyada ancaq elə müəssisələrə işləməyə icazə vermək lazımdır ki, həmin müəssisələrin istehsalatında aşağı və orta kvalifikasiyalı işçilər çalışır. İşçilərdən yüksək kvalifikasiya tələb olunan müəssisələrin hamısı bağlanmalıdır. Məsələn, optika, təyyarə, lokomotiv buraxan zavodlar. Rusları aşağı səviyyədə saxlamaq üçün onlardan kvalifikasiyalı əmək tələb etmək lazım deyil. Ruslardan ancaq xammal hasilatında, kənd təsərrüfatında, təmir və tikinti müəssisələrində istifadə etmək lazımdır. Onları dəzgah düzəldən zavodlara, tərsanələrə, cihaz və təyyarə istehsalatına yaxın buraxmaq olmaz. Rusiyanın nəhəng təbii sərvətləri imkan verəcək ki, Avropanın təbii sərvətləri toxunulmaz qalsın”.

Комментариев нет:
Отправить комментарий