10.02.2019

Rozenberqin 1944-cü ilin oktyabrında partiya dəftərxanasına təqdim etdiyi hesabatdan aydın olurdu ki, Sovet ərazisindən 9,2 milyon ton taxıl, 622 min ton ət, 950 min ton yağ, 400 min ton şəkər, 3,2 milyon ton kartof, 2,5 milyon ton yem, 141 min ton toxum, 1075 milyon yumurta, 1,2 milyon ton digər ərzaqlar aparılmışdır. Bu məhsulların 472 min tonu gəmilərlə daşınmış, qalanı üçün isə 1418 min vaqon lazım olmuşdur. Berlin iqtisadçıları təkcə Ukraynadan ildə 7-10 milyon ton taxıl götürməyi planlaşdırmışdılar. Hitler bu rəqəmi 12 milyon tona qaldırmışdı. Soyğunçuluq məsələsində müttəfiqləri də almanlardan geri qalmırdılar. Rumın hakimiyyəti nəzarəti altında olan Ukrayna və Moldava ərazilərindən 1943-cü ilin noyabr-dekabr aylarında 1212 vaqon taxıl, 1086 vaqon mal-heyvan və quş, 136 vaqon dən və 6038 vaqon digər ərzaq məhsulları aparılmışdı. Talanın masştabı ölçüyəgəlməz idi. Vermaxtın “Şərq” iqtisadi ştabının hesabatında deyildiyi kimi, bu cür talan on milyonlarla adamın acından ölməsinə səbəb olmuşdu.

Комментариев нет:

Отправить комментарий