10.02.2019

Himmlerin gizli memorandumunda deyilirdi: “Şərqi Avropa əhalisini xırda qruplara bölmək, sonra isə qırmaq lazımdır”. Memorandumda “yad xalqlara 500-ə kimi saymaq, adını yaza bilmək və Allaha dua etməkdən başqa heç bir təhsil verməmək, hətta oxumağı belə öyrətməmək” tapşırığı verilirdi. Almanlar ali təhsilli polyakların 37,5 faizini qırmışdılar. Ukraynanın bütün yaşayış məntəqələrində dar ağacları qurulmuşdu. SSRİ ərazisinə alman qoşunları ayaq basan kimi Hitler əmr vermişdi: “Dövlət siyasi ideyasının daşıyıcıları və siyasi rəhbərlər məhv edilməlidir”. Himmler deyirdi: “Biz Rus xalqını o dərəcədə zəiflətməliyik ki, bizə Avropada öz hökmranlığımızı qurmaqda mane olmasın. Tədricən azalan ucuz Rus qullar xalqı intellektual və mədəni səviyyəcə yüksəlməməlidir”.

Комментариев нет:

Отправить комментарий