SSRİ-yə hücumdan sonra nasist ideoloqları slavyan xalqlarına qarşı münasibətdə “vəhşilər və “heyvanlar” kimi ifadələr işlətməyə başlamışdılar. Hitlerin sağ əli Martin Borman deyirdi: “Biz slavyanları ölənə kimi işlətməliyik. Onda peyvəndlərdən istifadəyə lüzum olmayacaq. Slavyanların artması arzuolunmazdır. Onlar nə qədər abort elətdirsələr, bir o qədər yaxşıdır. Onlara təhsil vermək təhlükəlidir. Yüzə kimi saya bilsələr bəsdir. Ən yaxşı halda içlərindən bizə xeyir verəcək marionetkalara təhsil vermək olar”. Polyaklara münasibətdə onun təlimatı belə idi: “Varlı polyak olmamalıdır, əgər varsa məhv edilməlidir. Ən axırıncı alman fəhləsi və ən axırıncı alman kəndlisi maddi cəhətdən istənilən polyakdan yüksək olmalıdır. Polyak intelligensiyasının bütün nümayəndələri məhv edilməlidir- nə qədər qəddar səslənsə də, həyatın qanunu belədir...” 1940-cı ilin yayında bir neçə min polyak ziyalısı məhv edilmişdi. Polşada 1941-ci ilin yanvarına kimi 700 dindar öldürülmüş, 3 min dindar isə həbs olunmuşdu. 1939-1945-ci illərdə 1,5 milyon polyak Almaniyaya ağır işlərdə çalışmaq üçün göndərilmişdi. 100 minə yaxın polyak konslagerlərə salınmışdı. İkinci Dünya Müharibəsi dövründə hitlerçilər 2 milyona yaxın yəhudi olmayan polyakı qırmışdılar.
Blogdakı publisistik materialları plagiat edərək öz adınızdan II və III dərəcəli qəzetlərdə dərc edə bilərsiniz
10.02.2019

Подписаться на:
Комментарии к сообщению (Atom)
Комментариев нет:
Отправить комментарий