05.02.2019

Hitlerdən sonra Reyxin ikinci adamı sayılan Gestapo şefi Henrix Himmlerin nənəsi İtaliya yəhudisi idi. Hitlerin partiya üzrə müavini, SS oberqruppenfüreri Rudolf Gessin anası yəhudi idi, yəni bizim qanunlara görə yarıyəhudi, iudey qanunlarına görə təmizqanlı yəhudi idi. Gess ana tərəfdən İngiltərənin baş naziri Çerçillin qohumu sayılırdı. Almaniya kəşfiyyatının atası sayılan admiral Vilhelm Kanaris Yunanıstan yəhudilərindən idi və İngiltərə kəşfiyyatına işləyirdi. Amerikan hərbi tarixçisi Ladislas Faraqo yazır ki, admiral Kanarisin rəhbərlik etdiyi kəşfiyyat idarəsi- Abver “yəhudilərlə, özü də təmizqanlı yəhudilərlə qaynaşırdı”. “Ali irqin təmizliyini” barbar bağıran Almaniyanın təbliğat naziri Yozef Gebbels özü ispan-holland yəhudilərindən idi. Sinif yoldaşları onu qıcıqlandırmaq üçün “ravvin” deyə çağırırdılar. Məhz o Hitleri hakimiyyəti tutmağa, sonra isə müharibəyə başlamağa ruhlandırmışdı. Onun arvadı Maqda Berend-Fridlender də yəhudi idi və Yəhudi Agentliyinin xarici əlaqələr şöbəsinin məsulu, sionist hərəkatının liderlərindən sayılan Xaim Arlozorovun məşuqəsi olmuşdu. Gebbels müharibənin axırına kimi yəhudi qaynanasının evində yaşamışdı. Alman kəşfiyyatının “düşünən beyni” sayılan general Reynxard Qeydrix yəhudi musiqiçisinin oğlu idi və qızlıq familiyası Zyuss idi. O müharibə dövründə Çexoslovakiyanın protektoru işləyərkən idarəçiliyi elə ustalıqla aparmışdı ki, bir çoxları onu Hitlerin varisi hesab edirdilər. Qeydrixin əlinin altında yəhudi milliyyətindən olan bir neçə SS zabiti işləyirdi. Aviasiya naziri reyxsmarşal German Gerinq düzdür, təmizqanlı alman hesab olunurdu, amma atalığı Epenşteyn yəhudi idi və o atalığını çox sevirdi. 9 noyabr 1923-cü ildə “Pivə qiyamı” zamanı iki güllə yarası alarkən Gerinqi ölümdən Robert Ballin adlı yəhudi xilas etmişdi ki, bunun müqabilində o Ballinə bir sıra xidmətlər göstərmişdi.

Комментариев нет:

Отправить комментарий