1991-ci ildə “Tarixin sualları” jurnalı yazırdı ki, Gerinqin əcdadları 17-ci əsrdə xristianlığı qəbul etmiş yəhudilər olmuşdur. Yəqin qan çəkdiyinə görə idi ki, Gerinq yəhudi qadına evlənmişdi. Gerinqin müavini, aviasiya general-feldmarşalı Erxard Milxin atası yəhudi idi. Gerinq müavinini situasiyadan çıxarmaq üçün partiya üzvlərinə deyirdi ki, Milxin anası yəhudi əri ilə yatmırdı, Milx onun alman oynaşından doğulmuşdur. Gerinq dostları arasında bu barədə danışarkən gülərək deyirdi: “Bəli, biz Milxi peysər etdik, amma aristokratik peysər etdik”. Milx qırıcı-bombardmançı “Messerşmitt Me.262” təyyarəsinin və “Fau” raketinin yaradılması işinə rəhbərlik etmişdir. O ingilislər tərəfindən tutulduqdan sonra ömürlük həbs cəzasına məhkum olunsa da, 1955-ci ildə azadlığa buraxıldı, “Fiat” və “Tissen” konsernlərində məsləhətçi kimi işə götürüldü. Arxitektura generalbauratı Günter Burştın da yəhudi idi. Burştın ilk tank proyektlərindən birini hazırlamış, tanka qarşı dirək maneəsinin yeni formasını yaratmışdır. Üçüncü Reyxə sədaqətli xidmətinə görə Burştın 1-ci və 2-ci dərəcəli Hərbi Xidmətlər Xaçına layiq görülmüşdü. O 15 aprel 1945-ci ildə Sovet əsgərləri tərəfindən öldürülmüşdür. Faşist Partiyasının təşkilati şöbəsinin rəhbəri, əmək naziri oberqruppenfürer Robert Leyin də yəhudi olması barədə məlumatlar vardır. Ley deyirdi ki, biz insanları üç yaşından faşist ideologiyasına oturtmalıyıq. Hərbi-hava qüvvələri generalı Helmut Vilberqin anası yəhudi idi; 1935-ci ildə Hitler ona ari adı vermişdi. General Qottard Xeinriki yəhudi qadına evlənmişdi. Almaniya hərbi-dəniz flotunun komandanı qross-admiral Karl Döneçin əlinin altında özünün dediyi kimi dörd yüksək rütbəli yəhudi zabit işləyirdi. Vitse-admiral Bernxard Roqqe yəhudi idi. Roqqenin gəmisi müttəfiq və neytral ölkələrin 22 gəmisini tutmuş, ya da batırmışdı. Göstərdiyi şücaətlərə görə Roqqe Cəngavər Xaçı və xüsusi olaraq onunçün düzəldilmiş, üstü brilyantla bəzədilmiş nişanla təltif olunmuşdu. O müharibədən sonra NATO ordusunda xidmət etmişdi. Qross-admiral Erix Rederin atası gənc yaşlarında lüterianlılğı qəbul etmiş yəhudi idi. Reyxin tanınmış gəmi mühəndisi Frans Mendelson, Atlantika uğrunda ingilislərə qarşı döyüşlərdə fərqlənmiş Paul Aşer, admiral Günter Lütens, dəniz döyüşlərində ad çıxarmış hərbi gəmi kapitanları Gelmut Şmokel və Gelmut Rozenbaum də yəhudi idilər. Yəhudi kontr-admiral Karl Külental İspaniyadakı hərbi-dəniz attaşesində xidmət göstərirdi və alman kəşfiyyatının tapşırıqlarını yerinə yetirirdi. 56-cı tank korpusuna, ardınca “Cənub” ordu qruplaşmasına komandanlıq etmiş general-feldmarşal Erix fon Manşteyn əsl familiyası Levinski olan yəhudi idi. Yəhudi tarixçilər Manşteynin sərkərdə kimi tərifini göylərə qaldırsalar da, o öz uğursuzluqları ilə yadda qalmışdır. Solçı şəhəri uğrunda döyüşlərdə onun qoşunu arabaları və ştabı sənədləri qarışıq ataraq 50 kilometr geriyə qaçmışdı.
Комментариев нет:
Отправить комментарий