İşğal olunmuş ərazilərdə bütün dövlət orqanları ləğv edilmiş, alman hərbi idarəçiliyi yaradılmışdı. Almanlar əvvəl bildirmişdilər ki, vergilər Sovet vaxtındakından qat-qat aşağı olacaq, amma yerlərini möhkəmlədəndən sonra qapıya, pəncərəyə, it saxlamağa, artıq mebelə, hətta saqqal saxlamağa görə də vergi tətbiq etməyə başlamışdılar. Mağazalar, restoranlar, bərbərxanalar ancaq alman hərbçilərinə xidmət göstərirdi. Şəhər sakinlərinə dəmir yolu və şəhər transportundan, elektrikdən, teleqrafdan, poçtdan və aptekdən istifadə etməyə qadağa qoymuşdular. Hər addımda “Ukrainlərə giriş qadağandır” elanına rast gəlinirdi. Almanlar hətta su istifadə etdikləri quyulardan ukrainlərin su götürməsinə belə icazə vermirdilər.

Комментариев нет:
Отправить комментарий