Kiyev sakinlərini o təəccübə salmışdı ki, almanlar şəhərdə yəhudilərin Lukyanov qəbiristanlığına toxunmamışdlılar. Onlar şəhərdə yəhudi sinaqoqlarına yaxın da getməmişdilər, amma pravoslavların Uspenski kilsəsini partladıb dağıtmışdılar. Çox qəribə antisemitizmdir. Sovet simvollarını binaların üstündən yerə atırdılar, amma sinaqoqlara toxunmurdular. Araşdırmalar göstərir ki, hitlerçilər yəhudi əsirlərinə yox, məhz rus əsirlərinə qarşı amansız olmuşlar. 1941-ci ildə əsir düşmüş Sovet əsgərlərinin çoxu acından öldürülmüşdü. Həbsxanalarda rus əsirlərindən fərqli olaraq yəhudi əsirlər daha yaxşı həyat şəraiti olan kərpic tikililərdə yerləşdirilirdi. SS-çilər Mautxauzen konslagerində rus əsirlər üçün xüsusi 20-ci blok tikmişdilər. Rusların saxlandığı bu yer həbsxanadan tam ayrı idi; 2,5 metr hündürlükdə hasarla əhatələnmiş, hasara tikanlı məftil çəkilmiş və məftilə elektrik cərəyanı buraxılmışdı. Blokun hər tərəfində pulemyotçuların oturduğu qüllələr vardı. Burda saxlanılan rus əsirlərə almanlar digər əsirlərə verilən yeməyin dörddə biri qədər yemək verirdilər, yəni faktiki olaraq rusları ac saxlayırdılar. Ruslara qaşıq və boşqab da nəzərdə tutulmuşdu, təkcə quru çörək verirdilər. Həbsxananın digər yerlərindən fərqli olaraq bu blok qızdırılmırdı, pəncərələrinə şüşə və çərçivə də salınmamışdı. Ruslar soyuqdan donurdular və xəstəlikdən qırılırdılar. Blokda hətta yatmaq üçün nara da qurulmamışdı, məhbuslar yerdə daşın üstündə uzanıb yatırdılar. Qışda rus məhbusları bloka doldurmamışdan qabaq döşəməyə şlanqla su vururdular. Ruslar suyun içində uzanıb yatmağa məcbur olurdular və bəzilərinin yatdığı yerdəcə canı çıxırdı.
Комментариев нет:
Отправить комментарий