Hitlerin “Mayn kampf” kitabında yəhudilərin yox, slavyanların məhvindən danışılır. Faşistlərin “Ost” planı da yəhudilərin yox, məhz slavyanların məhvini özündə əks etdirir. SSRİ-yə hücumdan bir müddət qabaq keçirdiyi müşavirədə Hitler Rusiya ilə Almaniya arasında mübarizəni “irqlər arasında mübarizə” adlandırmışdı. O “slavyan irqinin artımının qarşısını almağı alman dövlətinin əsas vəzifələrindən biri” sayırdı. 1941-ci ilə aid şəkillərdən görünür ki, alman məktəblərində lövhəyə “Ruslar ölməlidir ki, biz yaşaya bilək” yazılırdı. “Ostland” reyxskomissariatının sənədlərindən aydın olur ki, Belorusiyanın qərb və cənub hissələrini büsbütün yerli əhalidən təmizləyib bura alman kolonistlərini yerləşdirmək nəzərdə tutulmuşdu. Himmlerin gizli memorandumunda deyilirdi ki, “Şərqi Avropa əhalisini xırda qruplara bölmək, sonra isə qırmaq lazımdır”. Memorandumda “yad xalqlara 500-ə kimi saymaq, adını yaza bilmək və Allaha dua etməkdən başqa heç bir təhsil verməmək, hətta oxumağı belə öyrətməmək” tapşırığı verilirdi.

Комментариев нет:
Отправить комментарий