12.02.2019

Konslagerlər yəhudilər üçün yox, məhz slavyan əsirlər üçün “ölüm fabrikinə” çevrilmişdi. Maydanek həbsxanasında 1944-cü ilin martında ölən 1654 əsirdən 615-i rus, 247-si polyak, 74-ü yuqoslav idi. Faşist konslagerlərinə düşmüş milyonlarla rus, ukrain, belorus və digər Sovet vətəndaşları geri qayıtmamışdır. Əsir götürülmüş Sovet vətəndaşlarının 58 faizi məhv edilmişdir. 1942-ci ilin martında nasist məmuru Vilhelm Keytelin adına yazılmış hesabatda göstərilirdi ki, 3,6 milyon Sovet hərbi əsirindən cəmi bir neçə yüz mini işləmək qabiliyyətini saxlamışdı; onların çox hissəsi aclıq, soyuq və tif xəstəliyindən qırılmışdı. 1942-ci ilin fevralında əmək nazirliyinin ministerial-direktoru Verner Mansfeld bildirirdi ki, 3,9 milyon rus əsirindən cəmi 1,1 milyonu qalmışdır: “Təkcə 1941-ci ilin noyabrından 1942-ci ilin yanvarına kimi 500 min rus ölmüşdür”. Ən çox ölüm halları Polşa ərazisindəki düşərgələrin payına düşürdü. 1941-ci ilin payızında general-qubernatorluğa gətirilmiş 361 612 əsirdən 1942-ci ilin aprelində cəmi 44 235-i sağ qalmışdı. Bunlardan 7 559-u qaçmış, 17 256-sı güllələnmişdi. Polşa düşərgələrinə düşmüş Sovet əsirlərinin 85,7 faizi məhv olmuşdu. 

Комментариев нет:

Отправить комментарий