Lvov, Çernovtsı, Proskurov, Kremençuq gettolarında faşistlərin bütün işlərini yəhudi polisləri aparırdılar. Lvovda yəhudi milliyyətindən olan Gestapo əməkdaşı Adolf Rotfeld qəddarlıqda ad çıxarmışdı. Əvvəllər sionist skaut dərnəyinin üzvü olmuş, alman kəşfiyyatında vəzifə almış Maks Qoliqer o qədər vəhşiliklər törətmişdi ki, Lvovda valideynlər onun adı ilə uşaqlarını qorxuzurdular. “Yudişe Ordnunq Lemberq” keçmiş yəhudi skautlarından ibarət idi. SS-çilər Sovet hərbi əsirlərinə işgəncə verməyi məhz onlara tapşırmışdılar və sonradan onların qəddarlıqlardan özləri də dəhşətə gəlmişdilər. Budapeşt Yudenratının rəhbəri Şama Ştern, Çernovtsı Yudenratının rəhbəri Manfred Rayfer, Çexoslovakiya Yudenratının rəhbəri Leopold Qere, Hollandiya Yudenratının rəhbərləri Vaynreb və Vaynşteyn faşistlərdən dala qalmayan azğınlıqları ilə yadda qalmışdılar. Hitlerçilərlə əlbir işləyən bu adamları birləşdirən cəhət o idi ki, hamısı yaşadıqları yerlərdə sionist təşkilat və özəklərinə rəhbərlik etmişdilər, hələ müharibədən qabaq yəhudilərin “ana vətənləri” Fələstinə köçmələri üçün iş aparmışdılar. Onlar yazdıqları məqalələrdə Hitlerin hakimiyyətə gəlməsini alqışlayırdılar və bunun yəhudilərin dövlət yaratması üçün böyük fürsət olduğunu vurğulayırdılar. Maraqlıdır ki, nasistlər tutduqları yerlərdə digər yəhudi qəzetlərini bağladıqları halda sionist qəzetlərini bağlamamışdılar, əksinə ştatlarını genişləndirmiş və tirajlarını çoxaltmışdılar.

Комментариев нет:
Отправить комментарий