05.02.2019

 Çernovtsı, Proskurov, Kremençuk, Vinnitsa, Jmerinka, Kamenets-Podolski, Minsk və digər məntəqələrdəki qettolarda nasistlərin bütün işlərini Yudenratlar və Ravvinatlar nizamlayırdılar. Bu məntəqələrdə yəhudiləri terror edənlər almanlar deyil, elə öz doğma polisləri idi. Yəhudi polisləri nasist idarəçiliyinin pozulmaması, Reyxin işlərinin rəvan getməsi üçün canfəşanlıq göstərirdilər. Onlar köçürülmə işlərində faşistlərə yaxından kömək edirdilər. Kasıb yəhudiləri yığıb düşərgələrə göndərir, müqavimət fikrinə düşənləri müəyyənləşdirib almanlara təhvil verirdilər. Təkcə Lvovda yəhudi polislərı 2254 “lazımsız” yəhudini ölüm düşərgələrinə göndərmişdilər. Nasistlərlə əməkdaşlıq etmiş Mozes Merin sonradan özünə haqq qazandırmaq üçün deyirdi: “Mən 50 min soydaşımızın xilası yolunda digər 50 min soydaşımızın qurban verilməsindən qorxmuram”. Yəhudi polislər əllərində böyük rezin dəyənəklər gettoların küçələrində gəzərək əmin-amanlığı qoruyurdular. Yudenratlar partizan hərəkatının zəiflədilməsində və müqavimətçilərə qarşı aksiyalarda mühüm rol oynamışdılar. Məhz bu səbəbdən Polşada gizli iş aparan kommunistlər öz aralarında yəhudilərə etibar etmirdilər.

Комментариев нет:

Отправить комментарий