Partizanlara qarşı uğursuz əməliyyatdan sonra mindən çox alman əsgər və zabitləri Ukraynanın Kozarı kəndinə doluşdular və bütün sakinləri uşaqdan böyüyə kimi qırdılar. 11 sentyabr 1943-cü ildə səhər tezdən kəndə girən faşistlər sakinləri güllələdilər, evlərin içinə qranat atdılar. İnsan naləsi kəndi başına götürmüşdü. Kəndin 4700 sakinindən cəmi 432 nəfər sağ qaldı. Kənd qəbiristanlığa çevrildi. Belə hallar dəfələrlə təkrarlandı. Faşistlər insanları qırır, evlərdəki əşyaları və mal-heyvanı daşıyıb aparırdılar. Nürnberq prosesində dindirilən alman mühəndisi Q.Qrabe yerli əhalinin başına açdıqları oyunlar barədə tükürpədici hekayətlər danışmışdır. Qrabeni heyrətə gətirən o olmuşdu ki, öldürdükləri salvyanlar almanlardan aman diləmir, həyatına görə yalvarmır və ölümü sakit qəbul edirdilər.

Комментариев нет:
Отправить комментарий