12.02.2019

Polşanın Poznan şəhərində çıxışında Himmler demişdi: “Biz yalnız öz qanımızdan olan adamlarla özümüzü dostcasına aparmalıyıq, başqa heç kimlə. Məni rusun və ya çexin taleyi qətiyyən maraqlandırmır”. Yuqoslaviyanın 14 faiz əhalisi məhv edilmişdi. Bu ölkədə “Prinç Yevgeniy” diviziyasından olan SS-çilər kəndlərə od vurur, uşaq və qadına fərq qoymadan əhalini qırırdılar. Polşa və Yuqoslaviya xalqlarını ağır tale gözləyirdi: əgər müharibə dövründə onlar hitlerçilərə hüquqsuz işçi qüvvəsi kimi xidmət göstərməliydilərsə, müharibədən sonra onların Yer üzündən tam silinməsi nəzərdə tutulmuşdu. “Ost” planında çex xalqının 50 faizini almanlaşdırmaq, qalan 50 faizini isə “tədricən imperiya ərazisindən qovub çıxarmaq” göstərilirdi: “Bu çexləri Sibirə yerləşdirmək məqsədəuyğundur ki, onlar sibirlilərlə qaynayıb qarışsınlar və bu yolla sibirlilərin rus xalqından ayrılmasına səbəb olsunlar”. Slavyan düşmənçiliyi təkcə Hitlerə yox, faşist blokunun digər işçitirakçılarına da xas idi. Rumın diktatoru İon Antonesku 10 fevral 1942-ci ildə demişdi: “Rumıniya ox ittifaqına Versal müqaviləsinə düzəliş edilməsinə görə yox, slavyanlara qarşı mübarizə aparmaq üçün daxil olmuşdur”.

Комментариев нет:

Отправить комментарий