Sovet lideri İosif Stalinin 6 noyabr 1941-ci ildə bildirmişdi: “Alman işğalçıları öz mənəvi deqredasiyalarında insan sifətini itirərək vəhşi heyvan səviyyəsinə düşüblər”. İşğalçıların dinc sakinlərə və əsirlərə qarşı etdiyi əməllər 1907-ci il Haaqa konvensiyasının və 1929-cu il Cenevrə konvensiyasının kobud şəkildə pozulması demək idi. 1943-cü ilin oktyabrında keçirilən Moskva konferensiyasında SSRİ, ABŞ və İngiltərə nasist cəlladlarının törətdikləri cinayətlərə görə məsuliyyət daşımaları barədə birgə Deklarasiya imzaladılar. Deklarasiya məğlub olacaqları təqdirdə nasist cinayətkarlarının cəzalandırılacağını bəyan edirdi. Müharibədən sonra doğrudan da əsas nasist cinayətkarları Nürnberq hərbi tribunalında mühakimə olundular. Lakin ədalət tam zəfər çalmadı. Qərb dövlətlərinin reaksion qüvvələri ardıcıl və düzgün araşdırma aparılmasına imkan vermədilər, nasist cəlladlarının bir çoxuna himayədarlıq etdlər və onları cəzadan qurtardılar. Nürnberq tribunalında mühakimə olunan iudey faşistlərinin çoxu Stalin öləndən sonra azadlığa buraxıldı.

Комментариев нет:
Отправить комментарий