SSRİ ərazisində 32 min böyük müəssisə dağıdılmış, 100 min kolxoz talan və məhv edilmişdi. Mal-qara, kənd təsərrüfatı parkı, əkin sahələri kəskin azalmışdı. Milyonlarda ev dağıdılmış, nəqliyyat infrastrukturu ziyan çəkmişdi. 1923-cü ildə anadan olmuş Sovet kişilərinin müharibənin sonunda cəmi 3 faizi sağ qalmışdı. Müharibədən sonra Sovet İttifaqı uzun müddət demoqrafiq problemlərlə və yaşayış səviyyəsinin pisləşməsi ilə mübarizə aparmalı olmuşdu. Dövlət Fövqəladə Komissiyası müəyyənləşdirmişdir ki, faşist aqressiyasından SSRİ-yə 485 milyard dollar həcmində ziyan dəymişdir. Lakin maraqlıdır ki, həmin ziyanı Almaniya nəinki ödəməmiş, əksinə SSRİ müharibədən sonra Almaniya Demokratik Respublikasının (ADR) bərpasına sərmayə qoymuşdur. Ruslar ADR-də evlər, zavodlar, yollar tikmiş, infrastrukturu inkişaf etdirmişdilər.
Комментариев нет:
Отправить комментарий