12.02.2019

İşğal etdikləri ərazilərdə dözülməz terror rejimi yaradan faşistlər 100 minlərlə dinc sakini katorqa işlərinə cəlb etmişdilər. Slavyan “qullar”- ostarbayterlər uşaqdan tutmuş böyüyə kimi alman şaxta və mədənlərində, müəssisə və fermalarında ağır işlərə göndərilirdilər. 20-ci əsrin ortasında Avropanın mərkəzində əsl qul bazarları yaranmışdı. Bu bazarlarda Rusiyadan gətirilmiş qullar satışa çıxarılırdı. Ən ağır işlər “Krupp”, “Simens”, “Opel”, “Yunkers” və digər nəhəng sənaye konsernlərində işə götürülənlərin öhdəsinə düşürdü. Slavyan işçilər içinə küləş döşənmiş rütubətli və soyuq baraklarda və tövlələrdə qalırdılar. Tanınmış alman sənayeçisi, “dəmir kralı” Alfrid Kruppa məxsus zavodların sexlərinin divarlarına belə plakatlar vurulmuşdu: “Slavyanlar- qullardır”. Nasist qanunları ostarbayterlərə yüksək keyfiyyətli qida- süd, cücə əti, yumurta, kofe, çay və konfet verməyi qadağan etmişdi. Onlara həftəlik 2375 qram çörək, 500 qram ət, 100 qram marqarin verilirdi. Çörəyin cəmi 20 faizi undan, qalan hissəsi isə əvəzləyicidən ibarət idi.

Комментариев нет:

Отправить комментарий