SSRİ-yə hücum zamanı Hitler deyirdi: “Biz əhalini məhv etməliyik- bu bizim alman millətini qorumaq missiyamıza daxildir. Bizə əhalinin qırmaq texnikasını təkmilləşdirmək lazım olacaq... Mənim ixtiyarım vardır ki, aşağı irqdən olan, soxulcan kimi artan milyonlarla insanı qırım”. Vermaxtın şəxsi heyəti üçün buraxılmış “Alman əsgərinin yaddaş kitabçası”nda təlimat belə verilirdi: “Sənin qəlbin, əsəblərin olmamalıdır- müharibədə onlar lazım deyil. Özündə rəhmi və şəfqəti məhv et- bütün rusları, sovetləri öldür, əgər qarşındakı qoca, ya qadın, oğlan, ya qız olsa da dayanma, öldür. Bununla sən özünü ölümdən xilas edəcəksən, öz ailənin gələcəyinin təminatını quracaqsan və əsrlər boyu şöhrətlənəcəksən”.

Комментариев нет:
Отправить комментарий