Almanlar ali təhsilli polyakların 37,5 faizini qırmışdılar. SSRİ-yə hücumdan sonra nasist ideoloqları slavyan xalqlarına qarşı münasibətdə “vəhşilər və “heyvanlar” kimi ifadələr işlətməyə başlamışdılar. Hitlerin sağ əli Martin Borman deyirdi: “Biz slavyanları ölənə kimi işlətməliyik. Onda peyvəndlərdən istifadəyə lüzum olmayacaq. Slavyanların artması arzuolunmazdır. Onlar nə qədər abort elətdirsələr, bir o qədər yaxşıdır. Onlara təhsil vermək təhlükəlidir. Yüzə kimi saya bilsələr bəsdir. Ən yaxşı halda içlərindən bizə xeyir verəcək marionetkalara təhsil vermək olar”. Polyaklara münasibətdə onun təlimatı belə idi: “Varlı polyak olmamalıdır, əgər varsa məhv edilməlidir. Ən axırıncı alman fəhləsi və ən axırıncı alman kəndlisi maddi cəhətdən istənilən polyakdan yüksək olmalıdır. Polyak intelligensiyasının bütün nümayəndələri məhv edilməlidir- nə qədər qəddar səslənsə də, həyatın qanunu belədir...” Polşanın Poznan şəhərində çıxışında Himmler demişdi: “Biz yalnız öz qanımızdan olan adamlarla özümüzü dostcasına aparmalıyıq, başqa heç kimlə. Məni rusun və ya çexin taleyi qətiyyən maraqlandırmır”. 1939-1945-ci illərdə 1,5 milyon polyak Almaniyaya ağır işlərdə çalışmaq üçün göndərilmişdi. 100 minə yaxın polyak konslagerlərə salınmışdı. İkinci Dünya Müharibəsi dövründə hitlerçilər 2 milyona yaxın yəhudi olmayan polyakı öldürmüşdülər.

Комментариев нет:
Отправить комментарий